Əsas səhifə / Manşet / Çiyələk mürəbbəsinin hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Çiyələk mürəbbəsinin hazırlanması

çiyələk mürəbbəsinin haırlanması

Tərkibi:

1 kq. çiyələk
1 kq. şəkər tozu
1 ədəd limon

Hazırlanması:

  1. Çiyələklərin saplaqlarını təmizlədikdən sonra yuyun.
  2. Çiyələklərin yarısını geniş bir qazana tökün  və üzərinə şəkərin yarısını əlavə edin. Daha sonra çiyələyin qalan yarısını və şəkəri əlavə etdikdən sonra qazanın qapağını bağlayaraq bir gecə gözlədin.
  3. Sabah sulanmış olan çiyələyi ocağa qoyun və orta temperaturda  hazır olana qədər(45 dəqiqə)  qaynadın.
  4. Ocaqdan götürməyə  yaxın limon suyunu sıxın və 2-3 dəqiqə daha  qaynadıb ocağı söndürün.
  5. Mürəbbənizi isti halda qablara doldurun.
  6. Soyuduqdan sonra qapağını hava almayacaq şəkildə bağlayaraq tərs çevirin. Qabların quru olmasına diqqət edin. Hazır mürəbbələrinizi  sərin bir yerdə mühafizə edin.

Nuş olsun!

 

Buna da baxın

Tez hazırlanan çiyələkli peçenyə

Whatsapp ilə Paylaş Çox dadlı, zərif və ətirli peçenyədir. Tərkibi: 300 qr çiyələk 100 qr …