Bizi mobildən daha sürətli  izləyin

Çiyələkli limonad

k

Tərkibi:

• 1 ədəd limon

• 1 ədəd portağal

• 1 stəkan  şəkər tozu

• 1 kasa çiyələk

• 1 çay qaşığı limon duzu

• 3 litr su

Hazırlanması:

Bir gün əvvəldən portağal və limonu yaxşıca yuyub buzluğa qoyub dondurun. Limonadı hazırlayacağınız zaman yaxşıca donmuş olan portağal və limonu buzluqdan çıxarın. 10 dəqiqə  gözləyin, daha sonra qabığıyla birlikdə dilimləyib blendrə atın. 1 stəkan şəkər tozunu  üzərinə əlavə edin. Blendri işə salın və yaxşıca əzilib qarışana qədər çəkin. Üzərinə çiyələkləri də əlavə edib təkrar qarışdırın. 3 litr suya çəkdiyimiz portağal, limon və şəkər qarışığını əlavə edin. 1 çay qaşığı limon duzunu da əlavə edib 5 dəqiqə qədər gözləyin. Ara sıra qarışdıraraq limon duzu və şəkərin yaxşıca əriməsini təmin edin.

Qalın bir təmiz tənzifdən keçirin və suyunu süzün. Üzərinə az-az su əlavə edərək rəng verməyi buraxana qədər tənzifi sıxaraq süzə bilərsiniz. Limonadı şüşə qaba töküb ağızı bağlı olaraq soyuducuda saxlayın. Soyuq olaraq servis edin.

Nuş olsun!

 

Buna da baxın

Soyuqdəyməyə qarşı təbii qoruma

Whatsapp ilə Paylaş İmmuniteti və bədəni gücləndirmək, xəstəliklərdən qorunmaq üçün bol meyvə və tərəvəz yeyilməlidir. Limonadın …