Əsas səhifə / Manşet / Çiyələkli mücrü tortu
Bizi mobildən daha sürətli  izləyin

Çiyələkli mücrü tortu

çiyələkli tort

Tərkibi:

100 qr un
6 yumurta

100 qr nişasta

200 qr şəkər tozu

1 ç/qaşığı qabartma tozu

10 qr vanil

Krem:

1 l xama

200 qr şəkər pudrası

0.5 kq çiyələk

12 qr xama qatılaşdırıcı

Hazırlanması:

Yumurtaların ağını sarısından ayırırıq. Yumurta ağını beze olana qədər çalırıq.  Az-az şəkər tozunu əlavə edərək qarışdırmağa davam edirik. Daha sonra tək-tək yumurta sarılarını da əlavə edərək qarışdırırıq. Un, qabartma tozu və nişastanı qarışdırdıqdan sonra ələkdən keçirərək qarışıma əlavə edirik. Qarışımı qarışdırdıqdan sonra 22-24 sm ölçüdə olan siniyə əlavə edərək, əvvəlcədən 180 dərəcədə isidilmiş sobada bişiririk. Hazır olduqdan sonra üst hissəsini kəsərək mərkəzini ovuruq. Daha sonra biskvitə krem çəkərək üzərinə kəsilmiş çiyələkləri düzüb üzərinə krem çəkirik. Kremin üzərindən biskvitin ovulmuş hissələrini düzərək kremləyirik. Qalan çiyələkləri də düzüb üzərini kremlədikdən sonra kəsilmiş biskviti üzərinə qoyaraq üzərini və kənarlarını kremləyirik. Üzərini isə çiyələklə zövqünüzə görə bəzəyə bilərsiniz.  2 saat soyuducuda gözlətdikdən sonra servis edə bilərsiniz.

Kremin hazırlanması: Xamanı şəkər pudrası və qatılaşdırıcı ilə qarışdırıraq krem əldə edirik.

Nuş olsun!

Bir şərh

  1. Xama qatilasdirici nedir? Xama yeni smetan?