Bizi mobildən daha sürətli  izləyin

Çiyələkli Tort

cilekli_pasta_679344

Çiyələkli Tort

Tərkibi:

-250 qr kərə yağı
-400 qr un
-250 qr şəkər tozu
-2 Ədəd yumurta
-2 Su stəkanı qaymaq (krem üçün)
-3 Yemək qaşığı pudra şəkəri
-1 Paket vanil
-2 Su stəkanı çiyələk
-nanə yarpaqları

Hazırlanması:

Bir qabın içində otaq istiliyindəki kərəyağını yumşalana qədər qarışdırın. Üzərinə unun üçdə birini əlavə edin və qarışdırın. Qarışdırarkən əvvəl şəkər tozu ardından yumurta və daha sonra qalan unu əlavə edin. Hamısı yaxşı qarışana qədər döyün. 30 – 40 santimetr böyüklüyündə bir qabı yağlı kağız ilə örtün və xəmiri qaba boşaldın. 180 dərəcəlik sobada qızarana qədər bişirin. Bişən xəmiri sobadan götürüb, soyumağa qoyun. Soyuyan keksi üç bərabər parçaya bölün. Bu vaxt qaymağı (kremi), pudra şəkəri və vanil ilə çırpın. Bu kremdən ilk tort qatına sürtün. Üzərinə çiyələk sıralayın. İkinci tort qatını üzərinə qoyun. Krem sürtün və yenə çiyələk sıralayın. Son parça keksi də yerləşdirib, üzərinə qalan kremi sürtün və çiyələkləri düzün.
Təzə nanə yarpaqları ilə bəzəyib, süfrəyə təqdim edin.

Nuş Olsun!

Buna da baxın

Evdə hazırlaya biləcəyiniz krem

Whatsapp ilə Paylaş Qırışa qarşı kremlər kiçik qırışların görünməməsini təmin edir. Təbii ki, qırışların həqiqətən …