Əsas səhifə / Manşet / Cızdığınız qaralamalar sizin haqqınızda nə deyir?!
Bizi mobildən daha sürətli  izləyin

Cızdığınız qaralamalar sizin haqqınızda nə deyir?!

İngiltərəli mütəxəssislər apardıqları araşdırma zamanı insanların dinləyərkən və ya düşünərkən, iradəli və ya qeyri-iradəli, hansısa cızma –qara etmələrinin, əslində onların xarakterləri, mövcud zamandakı hissləri ilə bilavasitə bağlı olduğunu təyin etmişlər.

Qadınklubu.com həmin araşdırmanın nəticələri ilə sizləri tanış edir.
Mütəxəssislərin fikrincə dünyanın hər yerində insanlar qaralama edərkən oxşar fiqurlardan istifadə edirlər. Bu bir təsadüf deyil. Hər bir qaralamaın öz mənası var əslində.

Portret:

Qarışıq cizgilərlə çəkilmiş üz, ətrafdakı insanlara güvənsizliyi, gülən üz isə diqqət çəkmək mənasını ifadə edir.

Çiçək:

Bir çox gülü dəstə kimi çəkmək ünsiyyətcilliyi, tək gülü bir qədər əyri təsvir etmək isə narahatçılığı ifadə edir.

Kəpənək:

Heç nəyə bağlanmaq istəməyən, sərbəst bir ruh halını ifadə edər.

Ürək:

Xüsusi birinə qarşı hiss edilən duyğusal hissləri ifadə edir.

Nərdivan:

Məqsədli olmaq və iradənin ifadəsidir. Eyni zamanda rahat olmaq istəyini də ifadə edir.

Qarışıq naxışlar:

Qarışıq naxışlar vəsvəsənin ifadəsidir. Bu kimi insanlar duyğularını ifadə etməkdən xoşlanmazlar.

Ox:

Düz çəkilmiş ox hədəfə verilən əhəmiyyəti, yan çəkilən ox isə arzuları ifadə edir.

Gəmi və Təyyarə:

Düşdüyü mühütdən qaçmaq istəyini ifadə edir.

Ev:

Güvəndə olmaqa ehtiyacının olduğunu ifadə edər. Əgər ev əyridirsə, evdə rahatlığın olmadığının işarəsidir.

Ad:

Öz adını yazırsansa diqqət çəkmək xoşuna gəlir. Əgər başqasının adını yazırsansa demək ağlında ancaq onunla bağlı fikirlər vardır.

Qutu:

Mövcud vəziyyəti özü idarə etmək istəyi mənasına gəlir.

Ziqzaq:

Bir qədər maili ziqzaqlar romantik duyğuları , nisbətən sərt ziqzaqlar isə əsəbi ifadə edir.

Çubuq adam:

Duyğularını nəzarətə almaqı bacarmış duyğusunu ifadə edir.