Əsas səhifə / Əsas menu / Sağlamlıq / Cökə möcüzələr yaradırmış
Bizi mobildən daha sürətli  izləyin

Cökə möcüzələr yaradırmış

iCökə möcüzələr yaradırmış

Cökə çayı qrip, soyuqdəymə kimi narahatlıqlarda yalnız tərləməyə deyil, eyni zamanda bədənin müqavimətini də artıraraq müalicəyə köməkçi olur. Bu dəmləmənin içinə 1-2 mixək tökmək əsəbləri və stressə yaxşı effekt verir.

Soyuqdəymədə göz bulaşıqlığı yaranarsa, cökə dəmləməsi ilə gözləri silmək məsləhətdir. Bu dəmləmə ilə gözləri qapayıb silmək lazımdır. Həmçinin dəmləmə ilə saçları yumaq saçların qüvvətlənməsini təmin edəcək.

Dəridəki qırışlara və ləkələrə görə də cökə dəmləməsi məsləhətdir. Cökə bu faydaları ilə bərabər insan orqanizmindən oynaq iltihabına, revmatizmə, qaraciyər iltihabına, yüksək təzyiqə, selliolitə, həzm probleminə, spazmaya, miqren, damar tıxanıqlığına, damar sərtliyinə və yuxusuzluğa yaxşı təsir edir.

Cökə həmçinin qanı təmizləyir və qan dövranını nizamlayır, qansızlığa, ürək çırpınmasına və infakta faydalıdır.

QEYD:

Hamilələr də zökəmə tutulduqda çay kimi bu dəmlədən içə bilərlər.


Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …