Əsas səhifə / Manşet / Çörəkli salat – Resept
Bizi mobildən daha sürətli  izləyin

Çörəkli salat – Resept

1

Xanımlar üçün həm diyetik, həm doyumlu, həmdə tez hazırlana biləcək Çörək salatı.

Qadınklubu.com bu maraqlı resepti sizə təqdim edir:

Ərzaqlar:

– 150 qr çovdar unundan hazırlanmış çörək
– 2 ədəd xiyar, kub şəklində doğranmış
– 3 ədəd pomidor, halqa formasında doğranmış
– 1/2 qırmızı soğan, halqa şəklində nazik doğranmış
– 1 dəstə keşniş, xırda doğranmış
– 2 ç.q. sumax
– 1 diş sarımsaq, əzilmiş
– bir çimdik duz, istiot
– 3 x.q. zeytun yağı

Hazırlanma qaydası:

Sobanı 170 dərəcədə qızdırın. Çörək dilimlərini kub şəklində doğrayaraq, üzərinə zeytun yağı əlavə edin və bişirmə kağızında təxminən 20 dəqiqə qızılı rəngə düşənə qədər qovurun. Hazır olduqdan sonra soyumasını gözləyin və yuxarıdakı digər inqridientlərlər birlikdə qarışdırın.

 

Nuş olsun!