Əsas səhifə / Manşet / Corabla yatarkən…
Bizi mobildən daha sürətli  izləyin

Corabla yatarkən…

h

Qadınklubu.com məlumatına görə, qan dövranının pozulması ayaqda göyərmələrə, dərinin qurumasına səbəb ola bilər. Corabla yatmaq, tərləməyə və ayaqların havasız qalmasına da gətirib çıxartdığından, ayaqda göbələk infeksiyaları yaradır.

Allergik dermatitlərə səbəb olur

Corabla yatmağın, yaratdığı digər problem də ayaqda əmələ gələ biləcək egzamalardır. Corabda qalan yuyucu artıqları ilə uzun müddət təmasda olduqda, ayaqda qaşıntı, qızarma, kəpəklənmə kimi probləmlər yarada bilər. Buna görə gecə yatarkən corabların çıxardılması, dəri və ayaq sağlamlığı baxımından əhəmiyyətlidir.

Doğru corab istifadəsi

Ayaqqabılar, ayağı tərlətməyən, pambıq corablarla geyinilməli, corablar tez-tez dəyişdirilməli və yuduqdan sonra yaxşı qurulanmalıdır.

Ayaq baxımı

Dırnaqlar ətə batmayacaq şəkildə düz olaraq kəsilməli, gigiyenik olmayan alətlərlə pedikür edilməməli, ayaqlar yuyunduqdan sonra barmaq araları yaxşıca qurulanmalı və uyğun bir kremlə kremlənməlidir. Bu faktorlara diqqət yetirilməzsə, ayaqda müxtəlif ortopedik pozuntular, göbələk, döyənək, ekzema, dırnaq batması, dırnaq infeksiyaları kimi bir çox dermatoloji problemlə qarşılaşmaq mümkündür.

Buna da baxın

Şişən ayaqların 4 çarəsi

Whatsapp ilə Paylaş Şişən ayaqlar üçün 4 həll: – 4 litr ilıq suya iki yemək …