Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Quru yeməklər / Corat qutabı (Dəvə ətindən qutab)
Bizi mobildən daha sürətli  izləyin

Corat qutabı (Dəvə ətindən qutab)

qutab

Ərzaqlar

Xəmir üçün:

3 stəkan un
1 stəkan ilıq su
1 çay qaşığı duz
İç üçün:

250-300 q çəkilmiş dəvə əti
2 ədəd balaca baş soğan
1 xörək qaşığı narşərab ya 1 ədəd nar
Zirinc
Duz
İstiot
Sumaq
Yağlamaq üçün :

Əridilmiş ya da adi kərə yağı
Yuxaları yaymaq üçün:

Əlavə un

 

Hazırlanma qaydası

Unu dərin bir qaba ələyib üstünə duz və su töküb qaşıqla qarışdırın.
Sonra əlinizlə normal xəmir yoğurun.
İçliyi hazırlamaq üçün əti soğanla bir ət maşınından keçirin.
Üstünə düz, istiot, narşərab və zövqə görə nar ya da zirinc töküb qarışdırın.
İçliyimiz artıq hazırdır.
Xəmirdən balaca kündələr düzəldin(40 q).
Kündənin birini götürüb un səpib oxlovla nazik yuxa yayın.
Yuxanın bir tərəfinə içlikdən qoyub yayın. Yuxanın o biri tərəfini qatlayıb yanlarını bərkidin.
Sobanın tavasına kağız sərib( ya da kağızsız) qutabları yığın.
Üstündən çəngəl ilə 5-6 yerdən deşin.
Üzünə az yağ ya da su çəkin.
Sobanı 170-200 dərəcədə qızdırıb qutabı bişməyə qoyun.
Üzü qızaranda qutab hazır olacaq.
Corat qutabı təndirdə bişdikdə daha da ləzzətli olur.
Çıxaran kimi üstünə yağ çəkib üst–üstə yığın. Qutabı süfrəyə verdikdə üstünə zövqə görə sumaq səpə bilərsiniz.