Əsas səhifə / Manşet / Çox bitki çayı içmək ziyanlıdır
Bizi mobildən daha sürətli  izləyin

Çox bitki çayı içmək ziyanlıdır

Çox bitki çayı içmək ziyanlıdır

Hər tibbi bitki çayının sağlamlığa  faydalı olmadığını, suda həll edilə bilən və az təsirli bitkilərlə çay hazırlanması lazım olduğunu ifadə edən,  Hacettepe Universiteti Əczaçılıq Fakültəsi Farmakognozi Fundamental elm sahəsinin  Prof. Dr. Funda Nuray Yalçın açıqlamasında, qış mövsümü ilə birlikdə bitki çaylarının da  gündəmə gəldiyini ifadə etdi. Bitki mənşəli çay içildiyi zaman mövcud xəstəliklərin sağaldacağı istiqamətində , ictimaiyyətdə geniş inancın  olduğunu vurğulayan Yalçın, “Bu əsla doğru deyil. Bitki mənşəli çayların, içildiyi anda mövcud xəstəliyi sağaltmaq kimi  xüsusiyyəti yoxdur. Müəyyən bir müddət istifadə edildiyi təqdirdə, yaxşı istiqamətdə təsirləri görülə bilər” deyə əlavə etdi.

Bitki çayları mənfi təsir göstərə bilər

Yalçın, bitki mənşəli çayların içində bir çox bitki növünün ola bildiyini ifadə edərək, “Bu bitkilərin içərisində bəzi kimyəvi maddələr var. Bu çaylardakı kimyəvi maddələr  öz təsirini  göstərəcək. Bunun mənası budur ki, sizin cari mövcud narahatçılığınızı müalicə etməkdə köməkçi ola bilərlər, amma eyni zamanda içdiyiniz bir dərmanla ya da yediyiniz qidalarla qarşılıqlı reaksiyaya keçə bilər. Ona görə mənfi təsirləri də ola bilər. Biz o səbəblə bu cür çayların içərisində ən çox 3 və ya 5 bitkinin yer almasını təklif edirik “deyə danışdı.

Çox istifadə edilməsi doğru deyil

Uşaqlar, hamilə qadınlar və süd əmizdirən anaların bu çayları istifadə  etməsi adətən məsləhət görülmədiyinə diqqəti çəkən Yalçın,  ‘Bu çaylar sağlamdır’ deyərək, amma çox istifadəsi  də doğru deyil. Bu bütün tibbi çaylara aiddir. Faydası olduğu qədər çox istifadə edildiyində, bəzi problemləri də özü ilə gətirə bilər. Diqqətli istifadə  etməkdə fayda var. Ümumiyyətlə. soyuqdəymə və ya mədə problemləri, qaz problemləri və iştah açmaq kimi bəzi xəstəliklərin müalicəsində bu çaylar istifadə edilə bilər “dedi. Yalçın, evdə hazırlanan bitki çaylarında mütləq doğru məhsulların istifadə edilməsi lazım olduğunu qeyd  etdi. “Hər tibbi bitkinin çayını  hazırlamaq olmaz. Suda həll edilə bilən və az təsirli bitkilərlə çay hazırlanmalıdır. Bu çaylar, doğru bitkilərlə və  doğru üsullarla hazırlanarsa, səhiyyə baxımından faydalıdır. Çox ciddi təsirli bitkilərlə çay hazırlamaq düzgün deyil. Bitkilər , təsirli, çox təsirli, orta təsirli və zəif təsirli kimi kateqoriyalara ayrılır. Bitki çayları adətən zəif təsirlilərdən  hazırlanır. Nadir hallarda orta təsirlilər də əlavə edilə bilər. Amma çox təsirli olan  bitkilər qətiyyən  çay hazırlayarkən istifadə edilməməlidir. Zəif və orta təsirlilər  xaricindəki bitkilərdən uzaq olmaq lazımdır ” deyə əlavə etdi.

Etibarlı markaları seçin

Satışda  bir çox  bitki mənşəli çaylar olsa da,  etibarlı markaların seçim edilməsini məsləhət bilən dr. Yalçın, sözlərini belə tamamladı: “Satışda  bir çox marka var. Ona görə də seçim edərkən, diqqətli olmaq lazımdır. Çayın üzərində təşkilat və tərkibindəki bitkilərin təbii olub-olmaması əhəmiyyətlidir.  Əgər tərkibindəki bitkilər təbiidir və doğru hazırlanıbsa, bu çaylar da sağlamlıq üçün faydalıdır. “

Buna da baxın

Mədə ağrılarına son verən içki

Whatsapp ilə Paylaşİsveçrəli  alim Alfred Vogel diqqət etməli olduğunuz  məqamları açıqladı. İşə gedərkən və ya …