Əsas səhifə / Manşet / Çox ləzzətli duzlu qurabiyələr
Bizi mobildən daha sürətli  izləyin

Çox ləzzətli duzlu qurabiyələr

tuzlu-kurabiye-tarifi-nasıl-yapılır

Tərkibi:

-1 paket marqarin
-Yarım çay stəkanı duru yağ
-1 yemək qaşığı sirkə
-1 paket qabartma tozu
-1 çay qaşığı duz, şəkər
-Qəbul etdiyi qədər un
-Üzərinə çəkmək üçün yumurta sarısı

Hazırlanması:

Marqarini əlinizlə biraz yumuşaldaraq, duru yağı, sirkəni,  duzu, şəkəri, qabartma tozunu əlavə edin. Yavaş-yavaş un əlavə edib, yoğurun. Oxlovun köməkliyi ilə xəmiri 2 sm qalınlığında açın. Bıçaqla istədiyiniz formalar düzəldin. Boşqaba məmulatı düzün. Fırça ilə üzərinə yumurta sarısı çəkin. Küncüt və ya çörək otu səpə bilərsiniz. Sobaya yerləşdirin,  üzəri qızarana qədər bişirin.

 

Qadinklubu.com

Buna da baxın

Evdə nutella hazırlanması

Whatsapp ilə Paylaş Tərkibi: 4 ədəd yumurta 1,5 stəkan su (300qr) 1 paket vanil (10qr) …