Əsas səhifə / Əsas menu / Gözəllik / Saça forma vermək üçün nə edək?
Bizi mobildən daha sürətli  izləyin

Saça forma vermək üçün nə edək?

h

Bir çox qadın saçlarına forma verə bilməməyindən şikayətlənər.

Halbuki üsulunu bildikdən sonra saçınıza şəkil vermək çox asandır .

Qadınklubu.com-un təqdim etdiyi saça forma vermənin 10 praktik üsulu ilə tanışlıqdan sonra ayna qarşısında artıq daha az vaxt keçirəcəksiniz.

-Saçınıza dolğunluq qazandırmaq üçün, qurudarkən yumru fen fırçanızı dik bir şəklidə iki barmaq qalınlığında saçınıza dolayın və fen çəkin.

-Ustanızdan saç uclarınızı incəltərək kəsməməsini istəyin.

-Mükəmməl bir refleyə sahib olmaq üçün ustanıza eyni rəng qrupunun müxtəlif tonlarını istifadə söyləyin.

-Saçınıza forma verməyin ən asan yolu saçınız nəmliykən silikon tərkibli bir serum tətbiq etməkdir.

-Mükəmməl at quyruğu etmək üçün saçı toplamadan əvvəl saç diblərinə sprey sıxmalısan.

-Quru olan saça forma vermək üçün saçınızı önə atıb, saç diblərinə sprey sıxın. Beləcə saçlarınızı geri atdığınız zaman xoş bir forma meydana gəldiyini görəcəksiniz.

-Saçınızdakı düzgün olmayan dalğaları daha düzgün bir formaya gətirmək üçün nəmli olan saçınıza düzləşdirici serum tətbiq edin. Daha sonra, bir barmaq genişliyində bir qədər saçı dolayıb özbaşına qurumağa buraxın. Son olaraq saçları yumşaq bir şəkildə əlinizlə ayırın.

-Saçlarınıza cazibədar bir görünüş qazandırmaq istəyirsinizsə, bir parça jeleni iki ovucunuza alıb, barmaqlarınız daraq vəzifəsi görəcək şəkildə yuxarıdan aşağıya doğru darayın.

-Gecə çıxmadan əvvəl saçınıza parlaqlıq qazandırmaq üçün bir ənlik fırçası köməyi ilə göz kölgəsi və ya ənliyinizi saçınıza sürtün.

Buna da baxın

Saç tökülməsinə səbəb olan 9 səhv

Whatsapp ilə Paylaş Sağlam saçlar qadın kişi fərq etməz hərkəs üçün çox əhəmiyyətlidir. Buna görədə …