Əsas səhifə / Manşet / Çuğundur diyeti
Bizi mobildən daha sürətli  izləyin

Çuğundur diyeti

uğundur diyeti

Çuğundur diyeti sağlam diyetlər sırasında ilk sıralardadır.

Əgər sağlamlığınızı qoruyaraq artıq çəkilərinizdən xilas olmaq istəyirsinizsə, çuğundurdan faydalana biərsiniz.

Qadinklubu.com sizlərə  çuğundur diyetinin qaydasını təqdim edir. Bu diyetlə qısa zamanda  ac qalmadan artıq çəkilərinizdən xilas olacaqsınız. Çuğundurdakı kalori nisbəti çox aşağıdır. Tərkibindəki yüksək nisbətdə lif olduğundan daha çox toxluq hissi verir. Bu da kilo almağınıza səbəb ola bilən yeməklərdən daha az yeməyinizi təmin edər.

Çuğundurun qida dəyəri

Çuğundur, gündəlik qidalanmaq proqramınızdan əsla çıxarmamağınız lazım olan, çox faydalı  bir qidadır. Bədənimizin ehtiyac duyduğu enerjinin çox hissəsini təmin edir. Anemiya və digər qan xəstəliklərində olduqca faydalıdır. Uşaqlar və hamilə qadınlar üçün faydalıdır. Yüksək miqdarda dəmir, karoten, fol turşusu, B1, B2, B3, və B6 vitaminləri baxımından zəngindir.

Bir kasa bişmiş, dilimlənmiş  çuğundurda olan qida dəyəri:

  • 31 Kalori
  • 1,5 qram zülal
  • 8,5 qram karbohidrat
  • 1,5 qram lif
  • 259 qr. kalium
  • 32 qr. fosfor
  • 53,2 qr. fol turşusu
  • 53 vahid A vitamini

Çuğundur seçərkən nələrə diqqət etməli

  • Təzə çuğundura bazar və marketlərdə rast gələ bilərsiniz. Bunlar ümumiyyətlə dəstə halında satılır. Sərt, yumru, ləkəsiz və tünd  qırmızı rəngdə olanları almağa üstünlük verin. Dəstə halında  alarkən yarpaqlarına diqqət edin, təzə olub olmadığını yarpaqların yaşıl və diriliyindən anlaya bilərsiniz.
  • Uzun və üst qisimi pul-pul olmuş çuğundurları almayın. Bunlar çox sərt və lifli olur. Dadları da fərqli olur.
  • Təzə çuğundurları soyuducuda, plastik bir saxlama qabının içində 2-3 həftə saxlaya bilərsiniz. Yarpaqlarını kökdən ayırıb yumadan şkafa qoysanız bunlar da 3-5 gün qədər təzə qalacaq.
  • Çiy çuğunduru buzluğa qoymayın.

Kilo vermək üçün çuğundur suyu

Çuğundur suyu bədəninizin ehtiyac duyduğu vitamin və mineralları qarşılayacaq. Tərkibindəki yüksək miqdarda lif nəticəsində iştahınızı azaldacaqdır.   Çuğundur suyunu yeməklərdən əvvəl için.

Tərkibi:

  • 6 çuğundur,
  • 10 kök,
  • 10 portağal.

Hazırlanması: Bütün tərəvəzlərin  suyunu çıxarıb , böyük bir şüşə qabda soyuducuda  saxlayın.

Çuğundur diyeti menyusu

Nahardan bir saat əvvəl və yemək arasında limon suyu için.

səhər yeməyi

  • Yağsız südlə birlikdə bir fincan çay və ya qəhvə.
  • 1 dilim tam buğda çörəyi və yağsız pendir, və ya 1 çay qaşığı kəpək əlavə olunmuş  qatıq.
  • 1 alma.

Nahar yeməyi

  • 1 böyük stəkan çuğundur suyu.
  • Salat: pomidor, bibər, ispanaq  və bir neçə dənə qoz. Üzərinə yağ gəzdirə bilərsiniz.
  • Sobada dərisiz toyuq (toyuq yoxsa balıq). Yanında qaynadılmış düyü.
  • 1 portağal.

Şam  yeməyi

  • 1 böyük stəkan çuğundur suyu.
  • Tərəvəz şorbası, sobada badımcan.
  • 1 alma (Ya da 1 dilim yemiş və ya qarpız)

 

Bu pəhrizin  10 gündən artıq  davam etdirilməsi tövsiyə olunmur. Bunu unutmayın. Bu pəhriz əsnasında, gündə ən az 2 litr su içməlisiniz.

Buna da baxın

Əməliyyat olmadan, təbii şəkildə mədə kiçiltməyin yolu

Whatsapp ilə Paylaş Yay mövsümü yaxınlaşır. “Çimərlikdə ideal görünməliyəm” deyən artıq çəkili xanımlar üçün çəki …