Əsas səhifə / Manşet / Çuğundurlu ət şorbası
Bizi mobildən daha sürətli  izləyin

Çuğundurlu ət şorbası

pancar6-6
Lazım olan ərzaqlar:

mal əti – 300 q
çuğundur – 400 q
ərinmiş yağ – 1 xörək qaşığı
un – 1 xörək qaşığı
cəfəri – 3 şaxə
istiot – zövqə uyğun
duz – zövqə uyğun

Hazırlanması:

Əti yuyun, üzərinə soyuq su əlavə edin və güclü odda qaynadın, müntəzəm şəkildə kəfini yığın. Bişəndən sonra əti bulyondan çıxarıb tikələrə bölün, bulyonu süzün.

Çuğunduru təmizləyib, nazik çubuq şəklində doğrayın, 5-10 dəqiqə ərinmiş yağda və zəif odda bişirin. Unu ayrıca açıq qızılı rəngə çatanadək qızardın, üzərinə bulyon əlavə edib, durmadan qarışdırın. Həll edilmiş unu qaynar suya süzülmüş bulyonun içinə tökün, qızardılmış çuğundur və ət tikələrini əlavə edin. Zövqə görə duzlayın, istiotlayın və çuğundur bişənədək odda saxlayın.

Şorbanın üzərinə xırda doğranmış cəfəri səpərək süfrəyə verin.

Buna da baxın

Albalılı peçenye

Whatsapp ilə Paylaş Peçenye xəmiri üçün: 1/2 paket marqarin 1 stəkanı şəkər tozu 2 stəkan …