Əsas səhifə / Əsas menu / Dəb / Dəb klassiki: Qara gecə geyimi
Bizi mobildən daha sürətli  izləyin

Dəb klassiki: Qara gecə geyimi

 

Qara paltar – saatlarca seçim etməkdən qadınlarn canını qurtaran və həm də getdiyiniz hər bir məclisə uyğun gələn bir seçimdir. Qara gecə paltarı həmçinin arıq və incə görsənmək üçün yaxşı bir seçimdir.

Əgər toylara, hər hansı bir əyləncəyə və yaxud da hər hansı bir iş yeməyinə, bayramına gedərkən nə geyinməkdə çətinlik çəkirsinizsə, onda qara gecə paltarı, qara ayaqqabı və qara əl çantası köməyinizə gələcək. Nişanda və digər bu kimi məclislərdə isə, qızılı sarı və gümüşü rəngdə aksesuar və ayaqqabıdan istifadə etməklə seçilə bilərsiniz.

Əgər ki başqalarından daha çox seçilmək istəyirsinizsə, onda qara və qırmızı rənglərdən faydalana bilərsiniz. Qara gecə paltarına əlavə olaraq qırmızı ayaqqabı və qırmızı əl çantası sizin üçün gözəl bir seçim ola bilər.

Qara rəng – digər bütün rənglərlə uyğunlaşa bilir. Buna görə də eyni bir paltarı başqa rəngdə ayaqqabı və aksesuarla geyindikdə fərqli bir obraz və yeni bir paltar ortaya çıxara bilərsiniz. Geyiminizin üzərinə yaşıl qaşları olan bir yaxalıq (broş) taxsanız mütləq geyiminizdə dəyişiklik hiss olunacaq.

Paltarın içərisində qüsursuz görünmək istəyirsinizsə hansı çəkidə olmanızdan asılı olmayaraq korset geyinin. Bu sizin geyimin içərisində daha arıq və incə göstərər.

Əziz xanımlar nə geyinməyinizdən asılı olmayaraq özünüzə inanın və öz zövqünüzə uyğun geyinin. Bu sizə həm cəsarət verəcək və siz o geyimdə özünüzü rahat hiss edeceksiniz. Axı bu sizin öz seçiminizdir…

SiyahKsaGeceElbiseleri31jpg.txt

tek-kol-dantelli-siyah-gece-elbisesi

Tek-kollu-uzun-siyah-gece-elbisesi-modelleri

trend-siyah-abiye-elbise-modeli

Qadinklubu.com

Buna da baxın

Köhnə ayaqqabılarınız evinizin dekoru ola bilər – Necə?

Whatsapp ilə Paylaş Gülləri hər bir xanım sevir. Təsadüfi deyil ki, bəylərin üzr istəmək üçün …