Əsas səhifə / Manşet / Dəmir əskikliyinin əlamətləri
Bizi mobildən daha sürətli  izləyin

Dəmir əskikliyinin əlamətləri

dəmir əskikliyinin əlamətləri.jpgd

Bədənin dəmir mineralına olan ehtiyacının artması və ya qidalardan lazımı qədər dəmirin qəbul edilməməsi dəmir əskikliyi anemiyanın (qırmızı qan hüceyrəsi sayının normadan az olması) başlıca səbəbidir. Qanla birlikdə oksigenin daşınmasını təmin edən qırmızı qan hüceyrələrinin (qırmızı qan hüceyrəsi) istehsalında istifadə edilən dəmir mineralının kafi səviyyədə olmaması bu hüceyrələrin istehsalına mənfi təsir göstərir və bir müddət sonra hüceyrə sayının azalmasına gətirib çıxarır. Qırmızı qan hüceyrəsinin sayı azaldıqca orqanlara və digər toxumalara qanla birlikdə daşınan oksigen miqdarı da azalır. Oksigen azaldıqca orqanlar funksiyalarını tam olaraq yerinə yetirməməyə başlayır. Bu andan etibarən dəmir əskikliyi əlamətləri özünü büruzə verməyə başlayır. Qadinklubu.com sözügedən dəmir əskikliyinin ilkin əlamətlərini sizlərlə paylaşır.

Dəmir çatışmazlığı simptomları

Dəmir əskikliyi əlamətləri qırmızı qan hüceyrəsi sayının nə qədər azaldığına bağlı olaraq hiss edilməyəcək qədər yüngül və ya gündəlik fəaliyyətə təsir edəcək qədər şiddətli ola bilər. Yüngül səviyyədə başlayan əlamətlər bədənin dəmir mineralına ehtiyacı artdıqca və dəmir əskikliyi anemiya dönməyə başladığında şiddətlənir.

Halsızlıq

Səbəbsiz halsızlıq, həddindən artıq yorğunluq və enerji azlığı dəmir əskikliyinin ən çox görülən əlamətidir. Toxumalara gedən oksigen azaldıqca bədən kifayət qədər enerjili ola bilmir və buna bağlı olaraq adam özünü zəif, gücsüz hiss edir. Diqqətsizlik, əsəbilik dəmir əskikliyinin halsızlıqla yanaşı müşahidə edilən əlamətləridir.

Solğun dəri

Dəmir əskikliyinə bağlı olaraq düşən qırmızı qan hüceyrəsi sayı dərinin normaldan daha solğun görünməsinə yol aça bilər. Dodaqlar, ağız içi, diş ətlərinin rəngi solğunlaşır.

Nəfəs darlığı

Dəmir əskikliyi yaşayırsınızsa nə qədər dərin nəfəs alsanız da, qəbul edilən oksigen miqdarı kafi olmaz və təkrar-təkrar dərin nəfəs almağa başlayarsınız. Nəfəs almağınıza əvvəllər təsir etməyən fiziki fəaliyyətlər artıq nəfəs almağınızda çətinlik yarada bilər.

Ürək çırpınması

Fasilələrlə yaşanan ürək çırpınması dəmir əskikliyinin əlaməti ola bilər. Bunun səbəbi ürək toxumalarının artan oksigen ehtiyacını qarşılaya bilmək üçün normaldan daha çox işləməsidir.

Yeyilməz olanları (təbaşir, benzin, torpaq və s.) yemək istəyi

Pika olaraq adlandırılan yeyilməz şeylərə qarşı duyulan anormal iştah dəmir əskikliyi əlaməti ola bilər. Ümumiyyətlə uşaqlarda görülən bu vəziyyət, əsasən dəmir və digər bəzi mineralların çatışmazlığı səbəbiylə ortaya çıxar. Ancaq bəzi hallarda problemin təməli psixoloji ola bilər.

Artan qayğı

Dəmir əskikliyinə bağlı olaraq inkişaf edən qandakı oksigen əskikliyi mərkəzi sinir sistemini də təsiri altına ala bilər. Səbəbsiz inkişaf edən əsəbilik halı və artan qayğı bu təsirin əlamətləri arasındadır.

Saçların tökülməsi

Dəmir əskikliyi xüsusilə dəmir əskikliyi anemisinə çevrildiyində saç tökülməsinə yol aça bilər. Bunun səbəbi sistemdə azalan oksigen miqdarı səbəbiylə bədən saç kökləri kimi həyati olmayan bölgələrə göndərdiyi oksigendən qənaət edərək, oksigeni həyati vəzifələri olan orqanlara göndərməyə başlayır.

Yaddaşsızlıq

Beyin hüceyrələri arasındakı ünsiyyətin normal olaraq davam etməsində dəmir mineralının əhəmiyyətli rolu vardır. Dəmir mineralı əskikliyində diqqətin və yaddaşın zəifləməsi kimi əlamətlər ortaya çıxa bilər. Şəxsin ətrafında baş verən hadisələrə və tanığını şəxslərə qarşı əlaqəsi azala bilər.

Digər əlamətləri:

  • Zəifləmiş, kövrək dırnaqlar
  • Xüsusilə uşaqlarda iştah azlığı
  • Soyuq əl və ayaqlar
  • Baş gicəllənməsi
  • Narahat ayaq sindromu
  • Dil ağrısı, dilin şişməsi
  • Baş ağrısı
  • Sıx görülən infeksiyalar
  • Sinə ağrısı

Buna da baxın

Bu qidalar başınızı ağrıda bilər

Whatsapp ilə Paylaş Əgər miqren xəstəliyinə düçar olmusunuzsa, gərək bəzi qidalardan çəkinəsiniz və ifrat etməyəsiniz. …