Əsas səhifə / Əsas menu / Gözəllik / Dəniz duzu ilə selülit maskası – FOTO
Bizi mobildən daha sürətli  izləyin

Dəniz duzu ilə selülit maskası – FOTO

selülit

Bədənimizdəki portağal qabığı görünüşündən artıq xilas olmaq istəyirsiniz?

Bunun üçün qadınklubu.com xanımlara dəniz duzu ilə selülit maskasını təqdim edir:

Tərkibi:

Toz qəhvə

Dəniz duzu

Nanə yağı və ya zeytun yağı + təzə nanə

Hazırlanması:

Dəniz duzunu yağın içinə əlavə edin yaxşıca qarışdırın və duzu yağın içində yaxşıca əridin.

Daha sonra toz qəhvəni də əlavə edib qarışdırın. Sonda isə incə- incə doğradığınız nanə yarpaqlarını da əlavə edib maskanı istifadəyə hazır hala gətirin.

Maskanı bir müddət günəş altında saxlasanız məhlulun içindəkilər daha tez maye halına gələcək və daha yaxşı həll olacaq.

Duş qəbul etdikdən sonra dəridə olan məsamələr genişlənəcək. Dəriniz nəm olan zaman maskanı bədəninizin bud və yan hissələrinə, o cümlədən selülit olan yerlərinə 5-10 dəqiqə masaj edərək yedizdirin. Sonra streç flimlə sarıyıb 20 dəqiqə sonra yuyun.

Həftədə 2 dəfə bu üsuldan istifadə edə bilərsiniz.

Qadınklubu.com

 

1

 

 

 

2

 

Buna da baxın

Dəniz duzu peelingi ilə təmiz cildə sahib olun

Whatsapp ilə Paylaş Üzdəki ölühüceyrələri təmizləyərək daha təmiz və parlaq cildə sahib olmaq üçün, həftədə …