Əsas səhifə / Əsas menu / Gözəllik / Dəniz duzu peeling ilə gözəlləşin
Bizi mobildən daha sürətli  izləyin

Dəniz duzu peeling ilə gözəlləşin

denDəniz duzu peeling ilə gözəlləşin

Peeling ölü hüceyrələri yox edərək hüceyrə yenilənməsini reallaşdırılmış olur, bu sayədə dərinizə nəfəs alma şansı vermiş olarsınız.

Dəniz duzunun içərisində olan klorit, dəmir, kalium, manqan, kükürd, maqnezium və kalsium sayəsində dəniz duzu tərkibli peeling edərək bədəninizdəki toksinlərdən təmizlənəcəksiniz.

Bədən peelingi:

Kifayət qədər döyülmuş narın 6 ç qaşığı dəniz duzu

6 ç qaşığı qatıq

2 yemək qaşığı bal

Hazırlanması:

Əvvəlcə dəniz duzu və qatığı bir qabın içərisində qarışdırın və dərinizə masaj edərək tətbiq edin. 5 dəqiqə gözləyib yaxşıca durulayın. Daha sonra bal ilə bədəninizə masaj edin. İlıq bir duş alın. Duş sonrası dərinizi nəmləndirməyi unutmayın.

Lavanta çiçəkli peeling:

4 çay qaşığı lavanta çiçəyi

2 ç qaşığı üyüdülmüş ardıc toxumu

1 kasa qədər dəniz duzu

1 ədəd rəndələnmiş limon qabığı

Lazımi qədər maye yağ

Hazırlanması:

Bütün vəsaitləri bir qab içərisində homogen hala gələnə qədər qarışdırın. Konsistensiyasını alınca dərinizə masaj edərək tətbiq edin və 5 dəqiqə qədər gözlədikdən sonra duş alın.

Canlandırıcı üz peelingi:

1 su stəkanı zeytun yağı

1 su stəkanı dəniz duzu

5 damla qədər ərik yağı

Hazırlanması:

Dəniz duzu və zeytun yağını bir qabın içində yaxşıca qarışdırın. Ardından ərik yağını da əlavə edib yaxşıca qarışdırın. Qarışıq sulu olsa dəniz duzu əlavə edə bilərsiniz. Yavaş-yavaş üzünüzü masaj edin və 5 dəqiqə sonra ilıq suyla durulayın.

Selülit aradan qaldırıcı peeling

1 su stəkanı dəniz duzu

Bir miqdar bibəriyə yağı

Bir miqdar portağal yağı

Bir miqdar limon yağı

Hazırlanması:

Bərabər nisbətdə qarışdırdığınız limon, portağal və bibəriyə yağını dəniz duzunun üzərini tamamilə bağlayacaq şəkildə əlavə edin. Selülit olan hər yerinizə (qıç, omba, göbək) tətbiq edə bilərsiniz. Masaj edərək tətbiq edin. Maskanı durulamadan əvvəl 10 dəqiqə qədər gözləyin. Quru dəriyə sahibsinizsə isti su ilə yaxalayın. Lakin dəriniz quru deyilsə sabunlayarak durulama etməlisiniz.


Buna da baxın

Saçqıranlara qarşı effektiv müalicə

Whatsapp ilə Paylaş Saçınız, saç dəriniz çox qurudursa və buna görə saç uclarınız tez-tez qırılırsa  bunun …