Əsas səhifə / Əsas menu / Sağlamlıq / Dərdlərin dərmanı – limon
Bizi mobildən daha sürətli  izləyin

Dərdlərin dərmanı – limon

publika

Limon – min bir dərdin dərmanı, sağlamlığın ən yaxşı keşikçisi.
Sağlamlığınızı qorumaq üçün limonu süfrənizdən əskik etməməlisiniz. Çünki alimlər limon şirəsinin onlarla xəstəliyə kömək olduğunu bildirirlər.

1. Böyrək daşı
Hər gün yarım stəkan limon şirəsi içmək sidikdəki sitrat səviyyəsini artıraraq böyrəklərdə daşın meydana gəlməsinin qarşısını alır.

2. Arıqlamağa kömək edir
Araşdırmalar göstərib ki, limon şirəsi arıqlamağa kömək edir. Bunun səbəbi limon şirəsinin tərkibindəki pektin maddəsidir. O, maddələr mübadiləsini sürətləndirir.

3. pH balansını tənzimləyir
Limon orqanizmin pH balansını qoruyur. Bu da immunitet sisteminə yaxşı təsir edir.

4. Temperaturu aşağı salır
Qızdırmanı aşağı salmaq üçün 1 stəkan limon şirəsi için.

5. Kalium
Limonun tərkibində sağlamlıq üçün ən önəmli minerallardan biri – kalium var.

6. Xərçəngdən qoruyur
Limon şirəsi sağlam hüceyrələri qoruyur, xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.

7. Həzmə kömək edir
Limon şirəsi həzmi yaxşılaşdırır. Mütəxəssislər limon şirəsinin içərisinə bir qədər kətan toxumu tökməyi tövsiyə edirlər. Bu, onun təsirini daha da artır.

8. Qaşıntını aradan qaldırır
Ağcaqanad və arı sancmalarının üstünə limon şirəsi çəkərək qaşınmanı aradan qaldıra bilərsiniz.

9. Boğaz ağrısına qarşı
Bal ilə qarışdırıb içmək boğaz ağrısını, qıcıqlanmanı aradan qaldıracaq.

Buna da baxın

Gözaltı torbalara bu üsulla vida edin

Whatsapp ilə Paylaş Lavanta Lavantaı iltihaba qarşı ən yaxşı vasitədir. Lavanta yağını birbaşa dərinizə tətbiq …