Əsas səhifə / Manşet / Dəri çantaların baxımında önəmli nöqtələr
Bizi mobildən daha sürətli  izləyin

Dəri çantaların baxımında önəmli nöqtələr

k

Bəyənərək aldığınız çantanın tezliklə yarasız hala gəlməsi heç də xoş hal deyil.

Başqa əşyalar kimi çantalar da xüsusi diqqət tələb edir. Dəri çantalar xüsusi olaraq baxıma ehtiyacı olan kateqoriyaya aiddir. Əgər dəri çantanız varsa, qadınklubu.com-un təqdim etdiyi bu məlumat sizlər üçündür.

• Dəri təbii bir maddə olduğu üçün istifadə edərkən, təmizləyərkən və saxlayarkən bəzi nöqtələrə diqqət edilməsi lazımdır. Baxımına əhəmiyyət verilməzsə, çantalarda çatlama və qurumalar müşahidə edilə bilər.

• Dəri çantalar nəmli və sabunlu bir bez vasitəsilə, ləkə qalmaması üçün dairəvi hərəkətlərlə silinməlidir. Qırış və qatların qarşısını almaq üçün çantanızı istifadə etmədiyiniz zamanlarda içinə kağız, süngər və parça kimi vəsaitlər qoymalısınız. Belə olan halda, çantanızın formasını qoruya bilərsiniz.

• Dəri bir çantanın daha uzun ömürlü olması və dərisinin daha parlaq, canlı olması üçün dəri çantaların baxımları üçün xüsusi olaraq satılan yağlar ilə silə bilərsiniz.

• Dəri çantalarda dekorativ məqsədli istifadə broş və iynəli aksesuarlar, nə qədər gözəl və xoş gürünsə də, çantanın dərisinə zərər verə bilməsi ehtimalına görə, istifadəsi məsləhət deyil. Çantanızın dərisi bu cür materiallardan və ya qayçı, açar kimi kəsici vəsaitlərdən zədələnibsə, özünüz düzəltməyə çalışmayın. Dərhal bir ustaya müraciət edin.

• Dəri çantalarınız yağış və ya qardan islandığında, doğru bir üsulla qurudularsa zərər görməz. İslanmış olan dəri çantanızı qızdırıcı üzərində, qurutma feni ilə, ya da bənzər istilik qaynaqları ilə qurutmağa çalışsanız, zərər görməsinə səbəb olarsınız. Qurutmaq üçün ən doğru üsul pambıq bir bez ilə silib, adi temperaturda qurumasını gözləyin.