Əsas səhifə / Əsas menu / Gözəllik / Dəri ləkələrini yox edən maska
Bizi mobildən daha sürətli  izləyin

Dəri ləkələrini yox edən maska

hDaha ağdərililər dəbdə deyil

Buna baxmayaraq, bir çox brend “ağardıcı” deyilən xüsusi vasitələr istehsal edir. Bu, sizi çaşdırmasın. Həmin vasitələr ağartmır, sadəcə, dərinin rəngini bir ton açaraq daha parlaq görünməsini təmin edir, ləkələri təmizləyir. Bu da daha gənc görünməyinizə səbəb olur.

Əgər siz də günəş və hamiləlik ləkələrindən, həmçinin, sızanaq izlərindən xilas olmaq istəyirsinizsə, həmin ağardıcı vasitələrdən istifadə etməlisiniz. Ancaq bunun üçün bahalı brendlərə müraciət etməyinizə ehtiyac yoxdur. Çünki evdə hazırlayacağınız maskalar da sizə kömək edə bilər.

Ləkələri yox edib, dərinin rəngini açan ən təsirli maskaları təqdim edir:

Qatıq maskası

1 xörək qaşığı yağsız qatığın üzərinə yarım çay qaşığı limon şirəsi əlavə edib qarışdırın. Maskanı göz ətrafı istisna olmaqla bütün üz dərisinə çəkin. Əgər boyun və sinə bölgəsində, həmçinin, qollarınızda və çiyinlərinizdə də ləkələr varsa, bu maskanı həmin bölgələrə də çəkə bilərsiniz. Maskanı 20 dəqiqə saxlayıb ilıq su ilə təmizləyin.

Pomidor maskası

1 ədəd kiçik pomidoru rəndələyib 1 xörək qaşığı yulaf əzməsi ilə qarışdırın. Maskanı ləkələrin olduğu bölgəyə çəkib 15 dəqiqə gözləyin. İlıq su ilə təmizləyin. Bu maskanı həftədə iki dəfə çəkməlisiniz.

Buna da baxın

Pomidor maskası ilə, 1 saata mükəmməl dəri

Whatsapp ilə Paylaş Geniş məsamələr, iltihab, qızartı, xoşagəlməz çapıqlar, bir sözlə dəriyə aid bütün problemləri …