Əsas səhifə / Əsas menu / Gözəllik / Dəri quruluğu və dəriyə qulluq
Bizi mobildən daha sürətli  izləyin

Dəri quruluğu və dəriyə qulluq

kuru-cilt-bakımı-3-

Quruluq

Dəri quruluğu və dəri qulluğu,dartılma hissi, balaca balaca soyulmalar, kəpəklənmə, çatlar və qaşıntı şəklində əlamətlərini göstərir.

Müxtəlif nəmləndirici və kosmetik məhsullardan istifadə etməyinizə baxmayaraq, dərinin quru olmasından xilas ola bilmirsinizsə mütəxəssislərin məsləhətinə qulaq asın yəni təsadüfi kremlər seçmək əvəzinə bir mütəxəssisin fikri ilə dəri növünüzə və şikayətlərinizə uyğun nəmləndiricilərdən istifadə etməyinizdə yarar var.

Ən əhəmiyyətlisi də dəri quruluğuna səbəb olan amillərdən qorunun. Məsələn; Qısa müddətli vannalar qəbul edin, hamamdan çıxdıqdan sonra mütləq nəmləndirici krem sürtün, günəşdən, soyuqdan və kimyəvi maddələrdən uzaq durun.

Kimlərdə dəri quruluğu olur?

İnsanlar yaşlandıqca daha çox ortaya çıxan bir hal olan quru dəri Kserozis olaraq adlanır. Yaşlanmaqla bərabər daha quru və daha az yağlı bir dəri əmələ gəlir. Dərinin üst təbəqəsinin təxminən 10 faizə qədər hissəsini su təşkil edir. Bu təbəqə suyun azalması ilə dəridə çatlama, qaşıntı və quraqlığa səbəb olur. Dəri quruluğu olan adamların çoxunda altda yatan bir xəstəlik yoxdur. Quru dəriyə sahib olan şəxslərin böyük əksəriyyətini isə tez-tez duş qəbul edən insanlar təşkil edir. Son illərdə insanlarda duş qəbul etmə artdıqca Kserozisin də artdığı görülür.

Dəri quruluğunun səbəbləri nələrdir?

Quru dəriyə səbəb olan ekoloji faktorlar; İsti su, yuyucu vasitələr, geyimlərə görə yaranan sürtünmə, tez-tez hava səyahəti, küləyə məruz qalmaq, ətraf mühitin çirklənməsi, kondisioner və digər kimyəvi maddələr kimi sadalana bilər. Atopik ekzema, irsi bəzi xəstəliklər, ihtiyosis, sədəf kimi dəri xəstəlikləri, metabolik amillər, tiroit vəzinin kifayət qədər işləməməsi, həddindən artıq kilo itkisi və yaşın artması da quru dəriyə səbəb olan digər amillərdir.

Dəri növünü anlamaq mükündürmü?

Dəridə kəpəklənmə, dartılma hissi və qaşıntı kimi şikayətlər varsa, bu dəri quru dəri növü kimi qiymətləndirilə bilər. Akneyə meyillidirsə, gün ərzində və səhər oyananda cilddə parıltı olursa, dəliklərdə genişlənmə və qara nöqtələr varsa, yağlı dəri kimi qiymətləndirilə bilər. Bəzi insanlarda isə üz bölgəsində xüsusilə yer yer quruma, kəpəklənmə ancaq bəlli bölgələrdə isə piylənmə, parlama kimi şikayətlər olur.

Bu tip dərilər isə qarışıq dəri kimi qiymətləndirilə bilər.

Dərisi quruyan adam ilk növbədə nə etməlidir?

Dəri quruluğu olan şəxslər mütləq bir dermatologiya mütəxəssisinə müraciət etməlidir. Şəxsin şikayətləri, əlamətlərin müddəti və şiddəti, müalicənin formasını müəyyən edir. Bəzi faktlarda yalnız nəmləndiricilər kifayət edici olarkən, əlamətlərin şiddətli olduğu faktlarda antigistamin preparatlar, topikal kortikosteroid kremlər vermək lazımdır. Çoxlu sayda və markada nəmləndirici kremi olduğundan təsadüfi bir nəmləndirici istifadə üçün düzgün deyil. Xəstənin dəri növünə və şikayətlərinə uyğun nəmləndiricilər yazılmalıdır.

Dərisi quru olanlar hansı kosmetik məhsullardan istifadə etməlidir?

Quru dəri problemi olan xəstələr yağ içində su emulsiyası dediyimiz dərini daha çox nəmləndirən məhsullardan istifadə edə bilərlər. Dəridə iritasiya problemi olmayan şəxslər isə çox vaxt kosmetik nəmləndiricilərdən fayda görürlər. Duş qəbulu sonunda istifadə edilən bədən yağları dərinin nəm itkisinin qarşısını alır. Bu tip kosmetik məhsulların də olduqca faydası vardır.//qadin.net

Buna da baxın

Cazibədar görünmək üçün nə etməli?

Whatsapp ilə Paylaş Cazibədar görünmək olursa, niyə adi biri kimi görünəsiniz? Əgər tövsiyələrimizə əməl etsəniz, cazibədar …