Əsas səhifə / Əsas menu / Gözəllik / Dəri tipinə uyğun tonal krem seçimi
Bizi mobildən daha sürətli  izləyin

Dəri tipinə uyğun tonal krem seçimi

lTonlaşdırıcı kremlər dərimiz üçün bir çox müsbət keyfiyyətlərə malikdir.

Dəridəki qüsurları örtmək, daha lokal bir görüntüyə nail olmaq, eyni zamanda qışda şaxtadan qorumaq kimi bir sıra xüsusiyyətləri ilə xanımların əvəzedilməzidir. Amma sadalanan müsbət cəhətlərdən əlavə, əgər düzgün seçim edilməzsə, həmin tonlaşdırıcı kremlər bir sıra xoşagəlməz fəsadlar da törədə bilər. Tonal krem seçərkən mütləq dəri tipini nəzərə almaq lazımdır. Qadınklubu.com bu məsələdə sizə kömək etmək üçün standart dəri tiplərinə uyğun gələn tonal krem tiplərini araşdırdı.

Sızanaq problemi yaşayanlar:

Bu kimi problemi olanlar adətən, doğru məhsulu seçməkdə çətinlik çəkirlər. Daha quru və yağsız məhsulları seçim etməkləri məsləhətdir. Mat tonda olan tonal kremləri seçmək lazımdır ki, üzdə parıltı nəzərə çarpmasın.

Donuq və mat dəri:

Üzünüzə yalnız ənlik və dodaq boyası kimi məhsullarla deyil, tonal kreminizlə də rəng qata bilərsiniz. Bu dəri tipinin quru olmayan, nəmləndirici xüsusiyyətinə malik olan məhsulları üstünlük verməkləri lazımdır.

Quru dərilər:

Qış aylarında quru dərili xanımlar cildlərini düzgün seçilmiş tonal krem iləqoruya bilərlər. Bitki mənşəli tonal kremlərə üstünlük verilməlidir. Nəmləndirmə xüsusiyyəti də əsas meyarlardandır.

Yağlı dərilər:

Bu dəri tipləri onsuz da ehtiyacı olan yağ və nəm nisbətinə sahib olur.Ona görə də istifadə etdiyiniz tonal kremin mütləq yağsız və mat olması lazımdır. Ayrıca tərkibində pudra olan tonal kremlər, dərinizi matlaşdırar və yağlı görünüşdən sizi qurtararlar.

Həssas dərilər:

Doğru tonal kremi seçimi bu dəri tipi müsbət bir ‘həssaslıq’ daşıyır. Ən sadə formullu, tərkibində sintetik yağ, paraben olmayan məhsulları seçməyiniz lazımdır.