Əsas səhifə / Əsas menu / Gözəllik / Dəri tipinizi bilirsinizmi?
Bizi mobildən daha sürətli  izləyin

Dəri tipinizi bilirsinizmi?

6403_cilt_tipinizi_belirlemenin_yollari_1

Qarışıq dəri

Xüsusiyyəti: Alın, burun və çənə hissələr- T nahiyyəsi çox yağlı, göz ətrafı və yanaqlar isə olduqca quru olur. Üzünüzdəki gərginlik siz hiss edəcək dərəcədə olur.

Məsləhət:

Səhərlər üzünüzü yuduqdan sonra T nahiyyəsinə təmizləyici kremlərlə qulluq edin. Üzünüzü ilıq su ilə yuduqdan sonra qurulayın. Qarışıq dərilər üçün olan nəmləndirici kremlərdən istifadə edin. Bundan əlavə krem halında tonal kremlərdən istifadə edərək, cildinizin yağlı görünüşün qarşısını ala bilərsiniz.

Bu krem məsamələri tıxayaraq, yağlanmanının qismən qarşısnı alır. Hər axşam salisilik turşu tərkibli təmizləyicilərlə cildinizi təmizləməyi unutmayın.

Yağlı dəri

Xüsusiyyətləri: Yağlı dəri daima parıldayır. Bu kimi dəri tiplərində məsamələr tıxanmış olduğundan dəri hava almır. Məsamələrin qapanması qara nöqtələr əmələ gətirir.

Məsləhət:

Hər səhər salisilik turşu tərkibli təmizləyicilərlə üzünüzü yuyun. Bu cildinizdəki yağı təmizlyərək məsamələrin açılmasını təmin edəcək. İlıq su ilə cildinizi durulayıb qurulayın. Toniki də eyni tərkibli seçməyiniz məsləhətlidir. Dəri tipinizə uyğun krem çəkdikdən sonra gün ərzində mütəmadi olaraq, cildinizdəki yağı təmizləyin.

Gecə üzünüzü təmizləyərək ilıq su ilə durulayın. Quruladıqdan sonra salisilik turşu tərkibli tonik ilə silib və lasyon çəkin. Həftədə bir dəfə yağlı dərilər üçün olan maska tətbiq edin.

Quru dəri

Xüsusiyyətləri: Dərinin ehtiyacı olan yağlı ifraz etmədiyi üçün dəri quru və gərgin olur. Yağ miqdarı az olduğu üçün də dəri daima həssasdır. Bu tip dərilərdə xüsusən də yanaq nahiyyələrdə tez-tez sızanaqlar çıxır.

Məsləhət:

Tərkibində spirt olmayan üz təmizləyici ilə hər səhər cildinizi təmizləyin. İlıq su ilə durulayıb qurulayın. Daha sonra dəri tipinizə uyğun nəmləndirici krem çəkin. Axşamlar da eyni prosesi təkrar edin. Həftədə bir dəfə quru dərilər üçün olan maska edin.

Buna da baxın

Yaşlanmağı sürətləndirən 5 qida

Whatsapp ilə Paylaş Trans yağlar Bu yağlar orqanizmə ziyanlı yağlardır. Trans yağlar qızardılmış kartofda, popkornda, …