Əsas səhifə / Əsas menu / Gözəllik / Dəridəki çatların bitkilərlə yox edilməsi
Bizi mobildən daha sürətli  izləyin

Dəridəki çatların bitkilərlə yox edilməsi

b_420_0_16777215_0___images_stories_KOSMETOLOGIYA_catlar5

Dəridəki çatların bitkilərlə yox edilməsi

Əlinizdə olan məhsullarla asanlıqla hazırlaya biləcəyiniz bu qarışımlar dərinizdəki çatların aradan qaldırılmasında sizə yardımçı ola bilər.

Ərik maskası

3-4 dənə əriyi kəsin və çəyirdəklərini çıxarın. Püre qatılığına gələcək şəkildə mikserdən keçirin. Çat olan bölgəyə sürtün. 15 dəqiqə gözləyin və durulayın. Həftədə ən az 2-3 dəfə bu proseduru təkrar edə bilərsiniz.

Təzə aloe-vera geli maskası

Aloe-vera xüsusilə dəridəki kollagen toxumalara qarşı təsirlidir. Təzə aloe-veranın tikanlarını kəsin və yarın. Qaşıq vasitəsilə içindəki geli siyirin. Geli yumşaltmaq üçün əzin. Bunu 2-3 gün soyuducuda saxlayın. Gündə bir neçə dəfə çat olan bölgəyə çəkin. Eyni zamanda bu geli həmiləliyiniz müddətində çəksəniz, çatların qarşısını almağa yardımçı olacaqdır.

Kələm, yumurta və düyü maskası

Kələm və yumurtanın ağı, kollagenin yenilənməsi üçün olduqca təsirlidir. Düyü unu dərinin ölü hüceyrələrdən təmizlənməsinə yardımçı olur. Kələmdən kəsdiyiniz bir hissəni püre halına gətirin. Bir qaba 2-3 yemək qaşığı düyü unu tökün. Yumurtanın ağını və kələmi düyüyə əlavə edin. Qarışımı çat olan bölgəyə çəkin və 15 dəqiqə gözləyin. Sonra sabun və su ilə durulayın.

Qəhvə tozu pilinqi

1 yemək qaşığı quru qəhvəni 2 yemək qaşığı aloe-vera geli ilə yaxşıca qarışdırın. Qarışımı çatların üzərinə çəkin və yüngülcə pilinq edin. Effektiv nəticə üçün həftədə 2 dəfə təkrarlayın.

Efir yağları

Limon yağı, şirin badam yağı, kətan toxumu yağı və itburnu yağını bərabər miqdarlarda kiçik bir kasaya tökün. Qarışan yağları hər gün çatlara sürtərək masaj edin.

Buna da baxın

Kakao yağının dəriyə faydaları

Whatsapp ilə Paylaş Kakao ağacının meyvələrinin emalından sonra əldə edilən yağın sağlamlığa xeyiri olduğuna görə, …