Əsas səhifə / Əsas menu / Gözəllik / Dərini ölü hüceyrələrdən təmizləyən peeling
Bizi mobildən daha sürətli  izləyin

Dərini ölü hüceyrələrdən təmizləyən peeling

hj

Həftədə bir dəfə peeling etmək uzun sürən gəncliyin sirrlərindən biridir.

Dərinizdən ölü hüceyrələri təmizləyərkən kimyəvi məhsullar əvəzinə tamamilə təbii bir məhsuldan faydalanın. Bu o qədər də çətin deyil. Evdə rahatlıqla tapa biləcəyiniz məhsullarla özünüz peeling hazırlayaraq, istifadə edə bilərsiniz. Qadınklubu.com sözügedən maska tərifi ilə sizləri tanış edir.

Qatıq və sodalı peeling

Həftədə bir gün bir çay qaşığı süzmə qatıq və bir çay qaşığı sodanı qarışdırın. Dərinizdə bir saat gözlədib ovaraq çıxarın.Daha sonra ilıq su ilə yuyun.

Farfor kimi bir dəri üçün gilli peeling

Bir şorba qaşığı bərabər miqdarda qarğıdalı unu, isladılmış gil, əl kremi və suyu qarışdırın. Bu qarışığı dərinizə sürtün. 5 dəqiqə ovaraq peeling edin. Bu üsul dərinizdəki ölü dərini çıxarar və farfor kimi bir dəriyə sahib olmağınızı təmin edər.