Əsas səhifə / Əsas menu / Sağlamlıq / Dərini təmizləyən çox ucuz və effektli vasitə
Bizi mobildən daha sürətli  izləyin

Dərini təmizləyən çox ucuz və effektli vasitə

alka

Təəssüf ki, sink məlhəmi hal hazırda daha az istifadə olunur. Bu köhnə və sınanmış vasitə bir çox dəri problemlərində yaxşı müalicəvi təsir edir.

Sink məlhəminin tərkibi çox sadədir: vazelin – 90 qr, sink oksidi – 10 qr.

Sink məlhəmi dəriyə antiseptik, büzücü və qurudan təsir edir. Bu xüsusiyyətlər sink məlhəmini müxtəlif dəri problemləri zamanı çox effektli edir.

Sink məlhəmi dəridə qırmızı civzələr zamanı istifadə olunur. Məlhəmi gündə 2-3 dəfə civzələrin üzərinə çəkin. 1-2 gündən sonra iltihab azalacaq.

Sink məlhəmi əvvəllər pediatriyada çox geniş istifadə olunurdu. Bu məlhəm körpələrdə bişməcələr, dəridə qızartılar zamanı çox yaxşı müalicəvi effekt verir. Məlhəmi istifadə etdikdən əvvəl uşağın dərisini yumaq və yaxşı qurutmaq, daha sonra az miqdarda məlhəmi zədələnmiş sahəyə çəkmək lazımdır. Bunu gündə 3 dəfə etmək olar.

Daha böyük uşaqlarda sink məlhəmi sıyrıntılar, kiçik səthi yaralar, kiçik yanıqlar zamanı istifadə olunur və yaxşı müalicəvi təsir göstərir.

Məlhəm gözlərə və selikli qişalara düşməməlidir.//sağlamolun.az