Əsas səhifə / Əsas menu / Gözəllik / Dərinizə gözəllik qatacaq – 7 məsləhət
Bizi mobildən daha sürətli  izləyin

Dərinizə gözəllik qatacaq – 7 məsləhət

b

Yay bitərkən günəşdən qaralan və köhnələn cildi yeniləmə zamanı.

Dermatoloqlar evdə gözəlləşmə haqqında məlumat verib.

Hər bir qadın gözəl və baxımlı bir dəriyə sahib olmaq istəyir və bunun üçün bir-birindən fərqli metodlar sınayır. Amma baxımlı və gözəl olmaq üçün təkcə bahalı məhsullar lazım deyil.

Məhz evdə gözəlləşməyin praktik yolları.

Bol su için.

Bol su içməyin, dəri içəridən nəmləndirdiyi bir həqiqətdir. Sağlamlıq baxımından bir maneə yoxdursa gündə 2 litr su içilməsinin faydası var. Ancaq çay və qəhvə əvəzinə su içməlidir. Çünki çay, qəhvə kimi içkilər sidikqovucu təsirə malikdir, olan suyun da itkisinə səbəb olurlar.

Nəmləndirici krem istifadə edin.

Xüsusilə quruyan, soyulan və qocalan dərini bu təsirlərdən qoruyur. Xüsusilə gözaltı və bütün dəriyə tətbiq olunan növləri var. Təbii nəmləndirici olan (xüsusən zeytun yağı) istifadə edilməlidir.

Qoruyuculardan yay-qış istifadə etmək.

Ləkələrdən və qocalmadan qorunmaq üçün günəş qoruyucularından təkcə yayda deyil, qışda da istifadə etmək.

Yağlı dərilər tez-tez təmizlənməlidir.

Yağlanma akne quruluşuna və mikrob çoxalmasına zəmin hazırlayır. Bu səbəblə yağlı dərini tez-tez yumalı. Sabun şərt deyil, lakin istifadə ediləcəksə antiseptik və təbii olanlar üstünlük verilməlidir.

Qidalanmaya da diqqət yetirmək lazımdır.

Tərəvəz, meyvə kimi vitaminlərlə zəngin qida istehlak edilməli. Bu məqsədlə Biotin, C və E vitaminləri və sinkin əhəmiyyəti böyükdür.

Siqaretdən uzaq durun.

Çay, qəhvə az istehlak edilməlidir. Siqaretdən da qətiyyən uzaq durulmalıdır.

İdman çox əhəmiyyətlidir.

Ancaq dəri sağlamlığı üçün idmanın və idman növünün qapalı idman zalları yerinə açıq havada aparılması daha uyğundur.

Buna da baxın

İftarda şorbanı nə zaman içməliyik?

Whatsapp ilə Paylaşİftarda şorbanı nə zaman içməliyik? Şorba mədə-bağırsaq sisteminin rahat işləməsinə və həzmə müsbət …