Əsas səhifə / Əsas menu / Gözəllik / Dərinizi gözəlləşdirəcək 7 məsləhət
Bizi mobildən daha sürətli  izləyin

Dərinizi gözəlləşdirəcək 7 məsləhət

üer

Hər qadın gözəl və baxımlı bir dəriyə sahib olmaq istəyir. Bunun üçün bir-birindən fərqli üsullar sınayırlar. Sizlərə bu dəfə, evdə gözəlləşməyin praktik yollarını təqdim edirik.

Bol su için

Bol su içərkən üz dərisi nəmlənməyə başlayır. Sağlamlıq baxımından bir maneə yoxdursa, gündə 2 litr su içiləməyi məsləhətdir. Çalışın çay və qəhvə yerinə su için. Çünki çay, qəhvə kimi içkilər sidik yaradıcı təsirə malikdir. Bu da su itkisinə səbəb olur.

Nəmləndirici kremdən istifadə edin

Quruyan dərini təsirlərdən qoruyur. Xüsusilə gözaltlarına və bütün dəriyə tətbiq olunan növləri var. Çalışın, təbii nəmləndiricidən (zeytun yağı) istifadə edin.

Günəş qoruyucularından bütün fəsillərdə istifadə edin

Ləkələrdən və yaşlanmadan qorunmaq üçün günəş qoruyucuları yalnız yayda deyil, qışda da istifadə olunmalıdır.

Yağlı cildləri tez-tez təmizləyin

Yağlanma sızanaqların meydana gəlməsinə və mikrob törəməsinə zəmin hazırlayır. Bu səbəblə, yağlı dəri tez-tez yuyulmalıdır. Sabun şərt deyil, lakin istifadə ediləcəksə antiseptik və təbii olanlar seçilməlidir.

Bəslənmək formasına diqqət edin

Tərəvəz, meyvə kimi vitaminlərlə zəngin qidalardan istifadə edin.

Siqaretdən uzaq durun

Siqaretdən də qətiliklə uzaq dayanılmalıdır.

İdman və məşq çox əhəmiyyətlidir

Dəri sağlamlığı üçün idmanın və məşqin, bağlı idman salonları yerinə, açıq havada edilməsi daha düzgündür.

Buna da baxın

Tibbi maskalar bizi qripdən QORUMUR

Whatsapp ilə Paylaş Soyuq fəsillər başlayanda şəhərdə tibbi maskalar taxan insanları görmək olur. Görəsən, bu …