Əsas səhifə / Əsas menu / Gözəllik / Dərisi quru olanlar üçün ən faydalı məsləhət
Bizi mobildən daha sürətli  izləyin

Dərisi quru olanlar üçün ən faydalı məsləhət

Dərisi quru olanlar üçün ən faydalı məsləhət

Kuru-Cilt (1)

 

Quru cildə sahib olan qadınlar parıldayan bir görünüşə sahib olmanın, makiyajın qalıcı olmasına çalışmanın hünər tələb ediyini bilirlər. Quru dərilər üçün 9 gözəllik tövsiyəsi təqdim edirik.

Nəmləndirin

Yaxşı bir nəmləndirici istifadə edərək dərinin nəmli qalmasına kömək etmək ən mühüm gözəllik sirlərindən biridir. Hər dəfə makiyajdan əvvəl dərinizi nəmləndirin.

Quru dərilər üçün nəzərdə tutulmuş məhsullardan istifadə edin

İstifadə etdiyiniz hansısa bir məhsulun məhz quru cildlər üçün nəzərdə tutulduğuna diqqət edin. Əks halda dərinizin quru bölgələrinin daha çox önə çıxmasına risk yaratmış olarsız.

Davamlı formullardan uzaq durun

Makiyajın bir gün boyunca davamlı qalması üçün pozulmayan məhsullardan istifadə edirsiz. Ancaq quru dərilər üçün bu məhsullar qətiyyən olmaz. Çünki dərini daha da qurudur.

Ölü dəriləri təmizləyin

Ölü dərini dəri tipinə görə həftədə 1, ya 2 dəfə təmizləmək qüsursuz bir dəri və makiyaj bəxş edir.

Qıcıqlandıran maddələrdən uzaq durun

Nanə, alkol, mentol və okaliptus dərini qıcıqlandıran məhsullardandır. Gözəllik məhsulları almadan əvvəl etiketlərini oxuyun.

Yavaşca şillələyin

Üzünüzə makiyaj vasitələri vurarkən sadəcə sürtməklə kifayətlənməyin, üzərindən yavaşca şillələməyi də unutmayın. Bu, qırışların yaranmasını və məhsulların məsamələrə dolmasını əngəlləyər. Xüsusən də dodaqlarda.

Qarışdırın

Makiyaj edərəkən tonal kremin üzərindən sədəf rəngli bir aydınladıcı istifadə edin. Burnun üst körpüsü, alnın orta qismi, yanaqların üst nöqtələrinə sürtün.

Nəm itksinə səbəb olan içkilərin sayını azaldın

Kafeinli və spirtli içkilər buna aiddir.

Son toxunuşu pudra ilə edin

Makiyajınızı nəmləndirici bir pudra ilə tamamlayın.


Buna da baxın

Evdə edə biləcəyiniz dəri ağartma kremi

Whatsapp ilə Paylaş Evdə hazırlaya biləcəyiniz müxtəlif kremlər və maskalar var. Onlardan bir də dərinin …