Əsas səhifə / Manşet / Davamlı olaraq tərəziyə çıxmaq nə qədər doğrudur?
Bizi mobildən daha sürətli  izləyin

Davamlı olaraq tərəziyə çıxmaq nə qədər doğrudur?

ty

Bəslənmə və Diyet Mütəxəssisi Hilal Mutlu, davamlı olaraq tərəziyə çıxmağın nə qədər doğru olduğunu və qadınların hansı zaman aralığında özlərini çəkməli olduqları haqqında maraqlı məlumatlar verib.

Qadınklubu.com saytının məlumatına görə, pəhriz etməyə başlamağın, tərəzidə çəkilmə xəstəliyini də özü ilə gətirdiyini ifadə edən Diyet mütəxəsisi Hilal Mutlu, bunları deyib:

“Ac olanda, tox olanda, tualetdən əvvəl və sonra, gecə yatmadan, gün içərisində davamlı olaraq tərəziyə çıxırlar. Halbuki gün içərisində ağırlıq, bütün gün maye və yemək istehlakına, bədəndəki şiş və sidik vəziyyətinə görə insanın bədənində dəyişikliklər olur. Yeməkdən sonra çəki artımı, bədənimizdən gedəcək yağ kütləsi olaraq başa düşülməməlidir. Ya da tərəzidə nəticə eynidir, ancaq yağ kütləsi azalmış, əzələ kütləsi artmışdır. Onsuz da o, sağlam kilo atmaq, yağ kütləsinin azalması deməkdir.

Məsələn: saunaya girən bir adam tərlə su itirir. Çıxdıqdan sonra tərəzidə kilo itkisi görülə bilər, amma bu kilo itkisi yağ olmadığı üçün arıqlamış sayılmazsınız. Əksinə, çox duzlu yemək yediyiniz bir gündə,  bədən çoxlu su tutduğu üçün tərəzidə kilo artmışdır. Amma yağ toxumasında dəyişmə yoxdur. Buna görə, pəhrizdə olarkən hər gün tərəziyə çıxıb: ‘Pəhrizdəyəm ancaq arıqlaya bilmirəm’ deməmək lazımdır. Bu sizin pəhriz motivasiyanızı sala bilər. Unutmayın, bədənin xüsusi vəziyyətləri göz qarşısında saxlanılmalıdır.

Davamlı olaraq tərəziyə çıxmaq psixologiyanı pozur

Bu mövzuda məlumat verən Mutlu, bunları söyləyib: “Sabah ac qarnına və tualetə getdikdən sonra və eyni saatlarda özünüzü çəkmək lazımdır. Tərəziyə çıxarkən, yüngül paltarlar geyinməlisiniz. Tərəzinin olduğu zəmin də sərt və düz olmalıdır. Tərəzilər müəyyən fasilələrlə kalibrasyona göndərilməlidir. Səyahət, qəbizlik, ishal, mensturasiya və ya məşqdən sonrakı özünü çəkmək doğru nəticə göstərməyə bilər. Unutmayın ki, əhəmiyyətli olan tərəzidə kilo itkisi deyil, yağ itkisidir. Bu görə, balanslı bəslənmək, nizamlı məşq etmək və bol su içmək lazımdır. Ən ideal tərəzi günü həftədə bir gündür.

Buna da baxın

Kişiləri barmaqlarından tanıyın!

Whatsapp ilə Paylaş Sevgilinizin barmaqları xoşbəxtliyinizdən xəbər verə bilər. Belə ki, kişilərin barmaqlarının uzunluğu ilə …