Əsas səhifə / Əsas menu / Sağlamlıq / Daban çatları
Bizi mobildən daha sürətli  izləyin

Daban çatları

daban_atlaru

Daban çatları

Yay aylarında bir çox insanlar dabanlarda olan çatlardan əziyyət çəkir. Çatlar qanayır, ağrıyır, insana yerimək çətin olur.
Müalicəsiz buraxılmış çatlar yaralara çevrilir, irinləyir. Bu halda insan mütləq peşəkar tibbi yardım üçün həkimə (dermatoloq, cərrah) müraciət etməlidir.
Şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri, piylənmə, qastrit və s. pozulmalardan, avitaminozdan (vitaminlərin çatışmazlığı) əziyyət çəkən insanlar, yaşlı insanlar daban çatlarından daha tez-tez hallarda əziyyət çəkir.
Dabanlarda çatların əmələ gəlməsinə bir çox hallarda yayda geyinilən açıq ayaqqabılar (“şap-şap”, sabo və s.) səbəb olur. Belə ayaqqabıların arxa hissəsi daim dabanları vurur və bunun nəticəsində bu hissədə olan dəri codlaşır və çatlayır. Bu səbəbdən əgər siz daim daban çatları problemi ilə üzləşirsinizsə, bağlı ayaqqabıya keçin. Təbii ki, ayaqqabı yüngül, “nəfəsalan” və təbii dəridən və ya təbii parçadan olmalıdır.

Ayaq dərizinə düzgün olmayan baxım da çatların əmələ gəlməsi səbəb ola bilər. Əgər insan daim pəncə nahiyəsini çox tez-tez və güclü şəkildə pemza (daban daşı) və digər bu kimi vasitələrlə sürtürsə, bu da çatların əmələ gəlməsinə gətirib çıxarda bilər.

Çatlar göbələk infeksiyanın əlaməti də ola bilər. Bu halda həkimin təyinatı ilə xüsusi göbələk əleyhinə preparatlardan istifadə olunmalıdır.

Əgər çatlar səthidirsə, bizim məsləhətlərimizdən istifadə edin. Bu sadə məsləhətlər sizə bu problemdən qurtulmağa kömək edəcək.
Beləliklə, əgər çatlar səthidir, qızarmayıb və irinlənməyib, bu kimi məsləhətlərdən istifadə edin:

1. Axşam yatmazdan əvvəl isti suya kraxmal əlavə edib ayaq vannası edin (1 l isti su + 1 xörək qaşığı kraxmal). Kraxmal ayaq dərisini yumşaldır.
Bundan əlavə ayaq vannasına soda və sabun əlavə etmək olar. 2 l isti suya 1 xörək qaşığı soda və 1/2 çay qaşığı yumşaq sabun əlavə olunur. Belə vannada da ayaqların dərisini yumşaldır.
Ot dəmləmələri ilə vannalar da (gicitkən, çobanyastığı, kalendula, bağayarpağı) çox yaxşı effekt verir. Bu vannalar antiseptik və yara sağaldan təsir edir.

2. Ayaqların dərisini yaxşı yumşaltdıqdan sonra dərini pemza ilə (daban daşı) sürtün. İlk dəfədən bütün artıq dərini təmizləməyə çalışmayın. Bunun üçün nəzərdə tutulmuş dəmir vasitələrdən istifadə etməyin – onlar dərini lazım olandan artıq “soyur” və bu vəziyyətin daha da ağırlaşmasına səbəb olur.

3. Artıq dərini təmizlədikdən sonra ayaqlarınıza qalın qatla vazelin çəkin. Vazelin və vazelin tərkibli məlhəmlər dabanlarda çatların sağalmasına yaxşı kömək edir. Tərkibində lanolin olan vasitələr (kremlər, məlhəmlər), salisil məlhəmi də çatların sağalmasına kömək edir.
Naşatır spirti ilə qliserini qarışdırın (1:1 nisbətində) və çatlara çəkin. Qliserin və sirkənin qarışığından da istifadə etmək olar. Çatlar tam sağalana kimi seçilmiş vasitəni dabanlara çəkin və bintlə yüngül sarıyın.

Çatların profilaktikası üçün:
– Ayaqlarınızı hər gün hər hansı yumşaq vasitə ilə (krem-sabun, duş üçün gel) yuyun. Yuduqdan sonra ayaq dərisinə yağlı krem və ya uşaq yağı çəkin.
– Həftədə 2 dəfədən az olmayaraq ayaq vannaları edin və ayaqlarınızı artıq dəridən təmizləyin.

Buna da baxın

Spiral taxdırdı və…

Whatsapp ilə PaylaşQadınlar hamiləlikdən qorunmaq üçün bir çox vasitələrdən istifadə edirlər. Bunlardan ən aktualı spiral …