Əsas səhifə / Manşet / Daha bir şəhidimiz torpağa tapşırıldı – Foto
Bizi mobildən daha sürətli  izləyin

Daha bir şəhidimiz torpağa tapşırıldı – Foto

3

Azərbaycan ordusunun daha bir şəhid əsgəri torpağa tapşırılıb.

Təmas xətdində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan, Azərbaycan Ordusunun əsgəri 20 yaşlı Firdovsi Bağırzadə doğulduğu Masallı rayonunun Güllütəpə kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəhbərliyi, kənd sakinlərin, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib. Mərasimdə çıxış edənlər torpaqlarımız uğrunda şəhid olanların Allahdan rəhmət diləyib, Masallı övladlarının lazım gəldikdə silahlanıb, hazır olduqlarını bəyan ediblər. Sonda şəhidin xatirəsinə yaylım atəşi açılaraq son mənzilə yola salınıb.

Qeyd edək ki, şəhid artıq hərbi xidmətini başa vurmuşdu. 2 gün sonra qayıdıb, aprelin 29-da yeganə bacısına toy edəcəkdilər.

5 2 1