Əsas səhifə / Əsas menu / Gözəllik / Daha çəkici olmaq istəyənlər üçün məsləhətlər
Bizi mobildən daha sürətli  izləyin

Daha çəkici olmaq istəyənlər üçün məsləhətlər

yuDaha çəkici olmaq istəyənlər üçün məsləhətlər

Əslində hər qadın çəkicidir, yalnız bunu ortaya çıxarmaq üçün özündə bir neçə dəyişiklik etməldir.

Saçlarınızla göz qamaşdırın

Uzun və çiyinlərə tökülən ipək saçlar olduqca cazibədardır. Xüsusilə çiyinləri açıq bir paltar geysəniz və saçlarınızı bir tərəfə doğru toplarsanız … Saçlarınız qısadırsa kədərlənməyin, taxma saçlar və qaynaqlar köməyinizə çatacaq.

Qırmızının gücündən faydalanın

Qırmızı rəngin dişiliyin əhəmiyyətli bir parçası olduğunu heç ağılınızdan çıxarmayın. Əgər bir yerdə diqqətləri üzərinizə yığmaq istəyirsinizsə, qırmızı sizin üçün ən ideal seçim olacaq. Qəşəng bir qırmızı paltardan daha cazibədar göstərəcək nə ola bilər?

Gözləriniz dumanlı baxsın

Dumanlı göz makiyajı, gözləri iri göstərmənin bir yolu, üstəlik hüznlü bir seksuallıq qatır. Dumanlı göz makiyajını, gecə bir yerə gedərkən rahatlıqla istifadə edə bilərsiniz, belə baxışlar baxışlar kişilər üzərində olduqca təsirlidir.

Təsirli qoxu sürün

Bir qadının yanından keçərkən onu dərk etməyin ən əhəmiyyətli yolu parfümeriyadır. Qoxular kişilərin başını hərləndirə bilər. Özünüzə uyğun qoxunu tapın. Xüsusilə vanil, gül, portağal çiçəyi və ya lavanda bir ipucu olaraq nəzərinizdə qalsın.

Fərqli aksesuarlar taxın

Bir şapqa və ya parlaq bir boyunbağı, tək bir üzük … Bəzən tək rəng və düz bir paltara ilişən, gərdanınızı işıltıyla dolduran bir boyunbağı və ya başınızdakı qəşəng bir şapka, sizi mühitin ən seksual qadını edə bilər.

Dodaqlarınızla maraq toplayın

Kişilər bilir ki, qadınlar ağızlarını yalnız danışmaq və yemək üçün istifadə etməzlər. Buna görə, dodaqlarınızda marağı yığmaq üçün sadə bir makiyaj hiləsiylə onları olduğundan daha iri və dolğun göstərə bilərsiniz. Üst dodaqda işıltılı bir krem və parladıcı istifadə edərək, diqqəti dodaqlarınıza çəkin.

Dekolteylə sehrləyin

Paltar seçkisində bir az sinə dekolteli buluz seçə bilərsiniz. Həddindən artığa qaçmayın amma seksual göstərmək üçün dekolte bölgəsinə bir az işıltılı krem də sürsəniz, artıq gözlər həmişə sizdə olacaq.

Yüksək topuqla bir addım önə çıxın

Qıçlarınız uzun və siz daha seksual görünürsünüz.

Dantellə cazibə

Anında daha cazibədar görünmək və hiss etmək üçün dantel olanpaltarların gücünü unutmamalıyıq!