Əsas səhifə / Əsas menu / Gözəllik / Daha canlı və təravətli cild üçün 5 peeling tərifi
Bizi mobildən daha sürətli  izləyin

Daha canlı və təravətli cild üçün 5 peeling tərifi

 

pelingin faydalari ve istifadese
Hamının xəyalı gözəl, parlaq və hamar bir dəriyə sahib olmaqdır. Bu xəyalımızı reallaşdırmaq üçün müxtəlif məhsullardan, maskalardan istifadə edirik.  Peeling də dəriyə qulluq üçün ən effektli  üsullardan biridir.

Peelingdən istifadədə məqsəd dərini ölü hüceyrələrdən  təmizləmək, toz, hava çirkliliyi kimi xarici faktorlar nəticəsində mat  bir görünüş alan  dərini canlandırmaqdır. Qadınklubu.com sizlərə peelingin istifadəsi, faydası və eyni zamanda evdə hazırlaya biləcəyiniz bir sıra peeling reseptini təqdim edir.

Peeling necə istifadə edilir?

Peelingi duşdan sonra tətbiq edin. Duşdan çıxdıqdan sonra peeling vəsaitini dərinizə sürtüb yüngül hərəkətlərlə dərinizə masaj edə bilərsiniz. Ardından da bol su ilə dərinizi durulayın. Burada diqqət etməli olduğunuz  bir neçə məqam var. Bunlardan birincisi-peeling göz və dodaq ətrafına toxunmamalıdır. İkincisi isə peeling bütün dəriyə tətbiqdən əvvəl kiçik bir bölgədə sınanmalı və əgər hər hansı bir allergik reaksiya görülməzsə bütün dəriyə tətbiq edilməlidir. Xüsusilə həssas bir dəriyə sahib olanlar ya da allergiyası  olanlar bu mövzuda daha da diqqətli olmalıdır. Diqqət etməli olduğunuz digər məqam isə peeling tətbiq edərkən sərt və dərinizə zərər verəcək şəkildə olmamasıdır. Peelingi incə bir şəkildə, barmaq uclarınızla  və masaj edərək tətbiq etmək lazımdır.

Kimlər peeling etməməlidir?

Sızanaq və qızartı problemi olanların peeling etməsi məsləhət deyil. Belə dəriyə sahibsinizsə, peeling etsəniz  sızanaqların  yayılmasına  səbəb ola bilərsiniz.

Evdə hazırlaya biləcəyiniz Peeling tərifləri

Hansı peeling istifadə edəcəyinizə  dəri tipinizə görə qərar verə bilərsiniz. İstifadə etməmişdən əvvəl kiçik bir bölgədə sınayıb dərinizin allergik bir reaksiya verib verməyəcəyini yoxlamağınızda  fayda var.

Şəkət tozu və zeytun yağı peelingi: Bu peeling üçün ehtiyacınız olan vəsaitlər 1 qaşıq şəkər tozu  və 1 qaşıq zeytun yağıdır. İki vəsait bir qada qarışdırılır və sonra masaj edərək dəriyə tətbiq olunur. Təxminən 5 dəqiqə gözlədikdən sonra bol su ilə durulayın. Digər bütün peelinglərdə  olduğu kimi əvvəl kiçik bir bölgədə yoxlanıldıqdan sonra, hər hansı bir allergik reaksiya görülməzsə bütün dəriyə tətbiq olunmalıdır. Bu peeling həftədə 1 dəfə istifadə edilə bilər.

Qara şəkər və bal peelingi: Bu peeling üçün ehtiyacınız olan vəsaitlər 1 çay qaşığı qara  şəkər və 1 çay qaşığı bal. Qara  şəkər və balı qarışdırın. Barmaqlarınızı suyla isladın və qarışığı bərabər bir şəkildə üzünüzə tətbiq edin. 15 dəqiqə gözlətdikdən sonra  sonra bol su ilə  durulayın.

Banan, süd və yulaf peelingi: Bu peeling üçün ehtiyacınız olan vəsaitlər 1 ədəd banan, 1 yemək qaşığı süd və 2 yemək qaşığı yulaf. Bir qabın içərisində bananı əzin və üzərinə südü əlavə edin. Ardından yulafı  əlavə edib  məcun konsistensiyasına gətirin. Bu qarışığı üzünüzə və boynunuza bərabər miqdarda tətbiq edin. Ölü dəridən xilas olmaq üçün 3-4 dəqiqə  masaj edin. 15 dəqiqədən sonra ilıq suyla yaxşıca durulayın.

Badam və bal peeling:i Bu peeling üçün ehtiyacınız olan vəsaitlər 4-6 ədəd badam və 1 çay qaşığı bal. Blender köməyi ilə badamı toz hala gətirin. Toz halına gəlmiş badamın üzərinə balı əlavə edin. Əldə etdiyiniz qarışığı bütün üzünüzə bərabər miqdarda tətbiq edin. Bir neçə dəqiqə sonra ilıq suyla durulayın. Bu peelingin tərkibindəki vəsaitlər olduqca faydalıdır. Badam cildinizə parlaqlıq, təravət, bal isə hamar və yumşaq bir dəriyə sahib olmağınıza kömək olar.

Yulaf əzməsi, xiyar və qatıq peelingi: Bu peeling üçün ehtiyacınız olan vəsaitlər 1 ədəd soyulmuş xiyar, 1 çay qaşığı qatıq, 2 çay qaşığı yulaf əzməsi və 1 çay qaşığı bal. Xiyarı dilimləyin və blenderdan keçirin. Üzərinə qatıq, yulaf əzməsi və balı əlavə edin. Yaxşıca qarışdırıb məcun konsistensiyasına gətirin. Əldə etdiyiniz qarışığı bərabər bir şəkildə cildinizə tətbiq edin və masaj edin. Sonra soyuq su ilə durulayın.

Bal və darçın peelingi: Bu peeling üçün ehtiyacınız olan vəsaitlər 1/4 çay qaşığı darçın və 1 yemək qaşığı bal. Kiçik bir qabın içərisinə 1/4 çay qaşığı darçının üzərinə 1 yemək qaşığı bal əlavə edin. Yaxşıca qarışdırın. Dairəvi hərəkətlərlə üzünüzə tətbiq edin. 30 dəqiqə gözlədikdən sonra ilıq suyla durulayın.

 

Buna da baxın

Geniş məsamələri kiçiltmək üçün bunları edin

Whatsapp ilə Paylaş Məsamələr bəzi səbəblərdən açıq olur və bu da  xoş olmayan görünüşə səbəb …