Əsas səhifə / Uncategorized / Daha cazibədar bədənə sahib olaq
Bizi mobildən daha sürətli  izləyin

Daha cazibədar bədənə sahib olaq

content_dotvital_com-beach-woman-fun-with-body-surfboard

Dəri çatları ən çox ayaqlarda, omba və sinə hissəsində ortaya çıxır. Bu izlər tez və ciddi çəki dəyişikliyi, hamiləlik zamanı meydana gəlir. Çatları aradan qaldıran kremlərlə yanaşı ev şəraitində hazırladığınız maskalarla da müalicə edə bilərsiniz.

Quşburnu toxumu və badam yağı

Quşburnu toxumu və badam yağı dərini nəmləndirir. İki yağı qarışdıraraq hər gün duşdan sonra istifadə edə bilərsiniz.

Kök məlhəmi

İlk öncə kökü buxarda bişirməlisiniz. Pürə halına gəldikdən sonra çatlamış nahiyəyə sürtürsünüz. Yarım saat saxlayın. Soyuq su ilə yaxalayın. Çünki isti su dərini daha çox zədələyir.

Çatları aradan qaldıran möcüzəvi məlhəm

Əgər bədəninizdə ağ rəngli çatlar varsa, bu üsul tam sizin üçündür. 5 ədəd çuğundur və 5 ədəd şaftalının qabıqlarını və kökün içərisini blenderdən keçirin. Qarışımı çat olan nahiyəyə sürtün.

Aloe vera və avokado kremi

Aloe vera və avokado kremi güclü bərpa etmə xüsusiyyətinə malikdir. Yarım ədəd avokado, bir ədəd aloe vera yarpağı və bir çay qaşığı zeytunu blenderdən keçirin. Problemli hissəyə dairəvi masajla çəkin. 20 dəqiqə saxlayın. Soyuq su ilə yaxalayın.

Avokado, yulaf və badam yağı kremi

Bir öncəki maskadakı aloe veranı yulaf, zeytun yağını isə badam yağı ilə dəyişdiririk. Əlinizlə də qarışdıra bilərsiniz. Masaj edərək problemli hissəyə sürtün və ilıq su ilə yuyun.

Avokado, bal və limon kremi

Bir öncəki maskalardakı kimi avokado, bal və limonu blender və ya əl ilə qarışdırın. Qarışığı yumşaq vəziyyətə gətirin. 10-20 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.

Çatların qarşısını necə almaq olar?

Çatların qarşısını almağın ən önəmli yolu çəkini sabit tutmaqdır. Unutmayın ki, qarşısını almaq müalicədən daha asandır. Buna görə də ən önəmlisi çəkinizə diqqət etməyinizdir.

Çatların qarşısını almağın digər yolu isə masaj etməkdir. Xüsusilə də hamiləlik vaxtı masaj etməyiniz vacibdir. Masajı badam yağı və ya buğda yağı ilə edə bilərsiniz.

Masaj üçün və ya çatların qarşısını almaq üçün digər vasitələr:

– Kakao yağı və ya shea yağı: bununla qarnınızə, ayağınızı və ya sinənizi ən azı gündə iki dəfə masaj edin.

– Çat yaranmasına meylli olan bölgələri E vitamini, A vitamini və gül yağı qarışığı ilə masaj edə bilərsiniz.

– Proteinlə zəngin diet saxlaya bilərsiniz.

– Çox su içərək dərinizi daha nəmli saxlaya bilərsiniz

– Çox yağlı yeməklərdən imtina edin. Çünki yağ ayaqlarınıza, qarnınıza yığılır. Bu da çatların yaranmasına şərait yaradır.

– Daha çox təzə meyvə və tərəvəz yeyin.

– Dərinizin elastikliyini qorumaq üçün idmanla məşğul olun.

Buna da baxın

Təbii makiyaj təmizləyicilər

Whatsapp ilə Paylaş Makiyajsız evdən çıxmaq bir qadın üçün qorxulu yuxu kimidir. Təbii ki, makiyaj …