Əsas səhifə / Əsas menu / Gözəllik / Daha həcmli kirpiklər üçün 4 addım
Bizi mobildən daha sürətli  izləyin

Daha həcmli kirpiklər üçün 4 addım

l

Kirpiklərinizin daha həcmli və gözəl görünməsi üçün bilməli olduğunuz 4 dəyərli məsləhəti Qadinklubu.com olaraq sizinlə paylaşırıq.

Əgər həcmli kirpikləriniz yoxdursa, makiyaj etsəniz də o gözəlliyi önə çıxara bilməyəcəksiniz. Hər qadının ən böyük xəyalı həcmli kirpiklərdir. Saatlarla üzərində işlədiyiniz göz makiyajını kirpiklərin qısalığı pozursa sizə təqdim etdiyimiz 4 addımdan istifadə edə bilərsiniz.

Həcmli kirpiklər üçün 4 makiyaj hiyləsi:

Ziqzaq hərəkətlərdən istifadə edin

Tuju kirpiklərin dibindən ucuna doğru çəkin. Bu hərəkəti edərkən ziqzaq formasında etməyi unutmayın. Beləcə tuj sadəcə kirpiklərin ucunda qalmamış olacaq və kirpikləriniz həcmli görünəcək. Bu hərəkəti ilk dəfə etdikdə kirpikləriniz dolğun görünməyə bilər. İkinci dəfə isə tuj kirpiklərə bərabər formada yayılacaq.

Kiçik topaların qarşısını alın

Kiçik topaların əsas səbəbi üst-üstə vurulan tujdur. Bunun qarşısını almaq üçün yanınızda mütləq təmiz bir fırça gəzdirin. Tuju çədikdən sonra təmiz fırça ilə darayın. Beləcə kirpiklərinizdə toplanmış görüntü ortadan qalxacaq. Unutmayın ki, bir tujun istifadə müddəti 6 aydır. 6 aydan sonra isə yeni bir tuj almağın vaxtıdır.

Fırça seçiminiz

Həcmli kirpiklərin olması üçün əsas fırça seçimidir. Kirpiklərinizə görə uyğun olan tuju seçməlisiniz. Əks halda kirpikləriniz həcmli görünməz. Əgər həcmli kipriklərə sahib olmaq istəyirsinizsə ən ideal tujlar kiçik və enli formada olanlardır.

Alt kirpikləri unutmayın

Düzgün seçdiyiniz tuju alt kirpiklərə də çəkərkən diqqətli olun. Göz makiyajı və üst kirpiklərinizi həcmli göstərən əslində alt kipriklərə vurduğunuz tujdan da asıldır. Alt kirpiklər üçün də eynisini təkrarlayırıq. İncə ucları olan və ya plastik fırçalardan istifadə edə bilərsiniz. Alt kipriklərə br dəfə tuj çəkmək kifayətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir