Əsas səhifə / Manşet / Daha rahat yuxu üçün bunları sınayın
Bizi mobildən daha sürətli  izləyin

Daha rahat yuxu üçün bunları sınayın

daha rahat yuxu üçün mütleq sınaıyn

Mütəxəssislər düzgün olmayan qidalanmanın yuxusuzluğu təsir edə biləcəyini söyləyir.

Qadınklubu.com yaxşı rahat bir yuxu üçün həkimlərin məsləhət gördüyü bəzi qidaları təqdim edir:

Bitki çayları

Çobanyastığı  və ya pişikotu çayı kimi bitki çayları gecə içdikdə rahat yatmağınızı təmin edəcək. Çaylar sinirləri və əzələləri rahatlaşdıraraq yuxunu asanlaşdırır.

Yavaş həzmli  karbohidratlar

Yulaf və əsmər düyü kimi tam taxıllı qidalar qan şəkərini tarazlığını nizamlayaraq, enerjinin bədənə yavaş yayılmasını təmin edir. Yatarkən də bədəninizin və beyninizin qlükozaya ehtiyacı var. Qlükoza səviyyəsi düşdüyündə adrenalin və kortizol kimi hormonlar azalar, bu da sizi oyandıra bilər.

Balqabaq toxumu

Maqnezium baxımından zəngin olan balqabaq toxumu  bədəninizdəki əzələ liflərini rahatlaşdıraraq rahat yatmağınıza  imkan verir. Həkimlər gündə 2 qaşıq balqabaq toxumu iqəbul edilməsini təklif edir.

Hindqozu suyu

Axşam bir stəkan hindistan qozu suyu rahat bir yuxuya kömək ola bilər. Kalium, kalsium, maqnezium, fosfor və natrium kimi minerallarla zəngin olması baxımından, əzələlərinizi rahatlaşdırır, yuxunuzun pozulmasının qarşısını alır.

Albalı

Albalının tərkibindəki  az miqdarda olan melatonin hormonu yuxunu tənzimləməyə kömək olur, yuxu müddətini artırır.

Maqnezium

Qara buğda, balqabaq toxumu, dəniz məhsulları, yaşıl yarpaqlı tərəvəzlər və quru meyvələr maqnezium qaynağıdır. Maqnezium əzələlərimizi rahatlaşdıran təbii bir sakitləşdiricidir. Maqneziumun əskikliyində yuxusuzluq problemi yaradır.

 

Buna da baxın

Qaraciyəri təmizləyən bitki çayları

Whatsapp ilə Paylaş Qaraciyərin təmizlənməyə ehtiyacının olduğunu həddindən artıq yorğunluq, səbəbsiz nəfəs qoxusu, dəridə qaşınmalar, …