Əsas səhifə / Əsas menu / Gözəllik / Daha uzun və gur kirpiklərə sahib olun
Bizi mobildən daha sürətli  izləyin

Daha uzun və gur kirpiklərə sahib olun

h

Ox kimi bir baxış üçün əvvəlcə gözəl, uzun və baxımlı kirpiklərə sahib olmaq lazımdır.

Çox insan kirpiklərinə əhəmiyyət vermir. Halbuki onlarda saçlarımız kimi uzanır, qırılır, tökülür və seyrəkləşir. Və kirpiklərin tökülməsi saçımızdakı kimi dərhal yenisi ilə əvəzlənmir. Yeni, gur, uzun kirpiklər üçün uzun bir zaman gözləmək lazımdır.

Kirpiklərimiz də gözümüzü tozdan və bir sıra xarici təsirlərdən qoruduğu üçün gün içərisində çox yorulur və köhnəlirlər.Yaşlandıqca kirpiklərimizin seyrəkliyindən şikayətlənməmək üçün indidən tədbir almaq lazımdır. Qadınklubu.com bu mövzuda sizə kömək olacaq bir sıra üsulları araşdırıb.

Qədimdən bəri qadınlar hind yağı, şirin badam yağı (acı badam yağı seçməyin), kakao yağı, zeytun yağı, qoz yağı, fındıq yağı və susam yağının gözəllik üzərindəki təsirlərini sübut etmişlər. Bizdə bu yağların möcüzələrindən kirpiklərə qulluq üçün faydalana bilərik. İncə, təmiz bir fırça köməyi ilə ya da qulaq təmizləyən çubuq seçim edə bilərsiniz. Amma ən rahatı köhnə tuş fırçalarından birini yaxşıca yuyub təmizlədikdən sonra istifadə edəcəyiniz yağı həmin qaba töküb, tuş çəkdiyiniz kimi kirpiklərinizə tətbiq etməyinizdir.

Kirpikləri gurlaşdıran üsul;

Şirin badam yağı və hind yağını qarışdırın. Qarışımdan təxminən bir çay qaşığı duşa girmədən əvvəl kirpiklərinizə yedirin. Bir saat gözləyin. Gözünüzə toxunmamağa çalışın, çünki gözünüzdəki yağlar gözlərinizi yandıracaq. Duşda kirpiklərinizin təmiz yuyulduğuna əmin olun(duş qəbul etmədən də gözlərinizi bol su ilə yuya bilərsiniz). Yağlar kirpik tellərinin bir-birinə yapışmasına və tozların kirpiklərinizə yapışmasına səbəb olacaq. Amma yuduqdan sonra bu vəziyyət düzələcək. Bu əməliyyatı həftədə ən az iki dəfə edin. Bir ay sonra sizdə kirpiklərinizin güclü və gur olduğunu fərq edəcəksiniz.

Kirpikləri uzadan üsul;

Bir stəkan suyu qaynadın. İçinə bir çay qaşığı hind yağı və bir ç/ qaşığı kakao yağını qarışdırın. Daha sonra bir qaba su əlavə edib qaynadın. Əvvəlcə hazırladığınız qarışım qabını bu isti suyun üzərinə qoyub qatılaşana qədər qarışdırın. Soyuduqdan sonra gecələr kirpiklərinizə çəkin. Bir həftə sonunda kirpiklərinizin uzandığını görəcəksiniz.

İlan yağının təsiri

İlan yağı kirpikləri yaxşı təsir etdiyi kimi qaşlara da faydalıdır. Bir çay qaşığı ilan yağını eyni üsulla kirpiklərinizə tətbiq edin.

Kirpiklərə qulluq

Satışda kirpik böyüdücü serumlar tapmaq mümkündür. Amma ev şəraitində də serum tipli qidalandırıcı maddələr hazırlaya bilərsiniz;

1 çay qaşığı şirin badam yağı və 1 çay qaşığı hint yağını qarışdıraraq meydana gətirdiyimiz gurlaşdırıcı maska.

1 çay qaşığı hind yağı və 1 çay qaşığı kakao yağı ilə hazırladığımız uzadıcı maska.

2 damla qoz yağı və 3 damcı fındıq yağını qarışdıraraq hazırladığımız gücləndirici maska.

1 çay qaşığı badam, bir çay qaşığı fındıq, 1 çay qaşığı zeytun yağı ilə hazırladığınız maska kirpiklərinizi gücləndirəcək.

Maskaların təsirli ola bilməsi üçün gündəlik makiyajınızın təmizləndiyinə əmin olmağınız lazımdır. Ümumi makiyaj təmizləndikdən sonra, pambıqla xüsusi olaraq kirpiklərdəki tuşun daha da təmiz olması üçün zeytun yağı silin. Ən əhəmiyyətlisi heç vaxt makiyajla yatmayın və tətbiq etdiyiniz maskalardan gözünüzü mümkün qədər qouyun. Tam təmiz kirpiklərinizdən təmizləndiyinə əmin olun. Çünki bu yağlar kirpiklərinizə xeyirli olsa da, gözlərinizə ziyanlıdır. Diqqətli şəkildə istifadə etməyinizdə fayda var.

Buna da baxın

Çaytikanı yağı ilə gözəlləşin – Necə?

Whatsapp ilə Paylaş Çaytikanı yağı kosmetologiyada müxtəlif kremlərin və kosmetik maskaların tərkibində geniş istifadə olunur. …