Əsas səhifə / Manşet / Darçınla artıq yağlardan xilas olun
Bizi mobildən daha sürətli  izləyin

Darçınla artıq yağlardan xilas olun

Darçınla artıq yağlardan xilas olun

Qış aylarında havalar soyuduqca, bədən temperaturunu yüksəltmək üçün isti içkilərə daha çox üstünlük verilir. İsti  şokalad, çay, kofe kimi isti içkilər qış fəslinin əvəzedilməz ləziz içkilərindəndir. Bu içkilərdə  bəzi ədviyyatlardan istifadə, daha da unikal dad əldə etməyə səbəb olur. Hansı ki, onlardan biri də darçındır. İçkilərdə, şirniyyatlarda bəzən isə müxtəlif qidalarda istifadə edilməkdədir. Bu xoş ətirli bitkinin orqanizmə saysız faydaları sırasında diyetik  təsirinin də olduğunu bilirdinizmi? Bu barədə türkiyəli diyetoloq öz mühazirəsində darçının faydalarından bəhs etmişdir. Qadinklubu.com olaraq, sizə sözügüdən məlumatı təqdim edirik.

Qış aylarında darçın istifadə  edilməsini təklif edən Qidalanma və Diyet Mütəxəssisi Buse Telli darçının xolesterolu tarazladığını, immunitet sistemini gücləndirdiyini, xəstəliklərə qarşı qoruduğunu ifadə etdi. Telli, “darçının bir çox faydası var. Xüsusilə şəkər azaltmaq  xüsusiyyətinin olduğunu qeyd etmək lazımdır. Dəmlədiyimiz çayların içərisinə çubuq darçını əlavə etsək, həm antioksidan xüsusiyyətindən yararlanarıq, həm də şəkərimizi yüksəltməmiş  olarıq. Eyni zamanda çubuq darçını adi sların içərisinə ataraq da istifadə edə bilərik. Darçından soyuqdəymə və qrip xəstəliklərində da istifadə edə bilərik. Toz halında sütlərinizə qata bilərsiniz. Səhləb üzərində də istifadə edə bilərik. Darçın daha çox isti içkilərə xüsusi dad verərək daha da ləzzətli olmasına səbəb olur “dedi.

Darçın yağ yanmasını sürətləndirir                      

Darçının maddələr mübadiləsini sürətləndirərək, yağ yanmasına köməkçi olduğunu yazan Diyetoloq Buse Telli, “Qışda bədən hərarəti artdıqca  təbii olaraq, enerji ehtiyacımız da artar. Bununla birlikdə fiziki hərəkətin  azalması kilo artımasına yol açar. Darçının yağ yanmasında əhəmiyyətli bir təsiri vardır. Fiziki hərəkətliliyimiz azalsa da,  maddələr mübadiləmizi sürətləndirərək darçın sayəsində zəifləyə bilərik. Toz darçın dadında bir qədər tündlük olduğuna görə, bu dadı sevməyənlər,  çubuq darçını istifadə edə bilərlər “dedi.

Buna da baxın

Sadəcə 1 həftəyə inanılmaz nəticəyə şahid olun

Whatsapp ilə Paylaş Tərkibi: 1 ədəd limon, 8 stəkan su, 1 ədəd xiyar, Təzə nanə …