Əsas səhifə / Əsas menu / Gözəllik / Darçınla gözəlləşin
Bizi mobildən daha sürətli  izləyin

Darçınla gözəlləşin

dddddddd

Son illər dəri qulluğu üçün darçına çox tez-tez müraciət olunur. Dəridəki ləkələri yox edən, məsamələri aradan qaldıran darçının bir çox faydaları var.

Darçının dəri üçün faydaları

 

  • Ölü dərini təmizləyir
  • Mütəmadi olarq istifadə etdikdə, dəridəki sızanaqları yox edir
  • Dərini nəmləndirir

Sızanaqlar üçün darçın və bal maskası

Lazım olanlar

2 çay qaşığı bal (təmiz bal olarsa daha yaxşı)

1 çay qaşığı limon

 

İstifadəsi

Bal və darçın maskasını üzünüzə tətbiq etməzdən əvvəl, dərinizi yaxşıca təmizləyin. Bal və darçını bir qabın içində qarışdırıb, dərinizin sızanaq olan bölgəsinə çəkin. 15 dəqiqə gözlətdikdən sonra, yuyun. Bu maskanın, həftədə 1 dəfə istifadəsi məsləhətdir. Sağalma müddətinə görə, 2-3 ay davam etdirilə bilər.

Qeyd: Əgər dəriniz həssasdırsa, darçının miqdarını azalda, ümumiyyətlə qatmaya da bilərsiniz. Çünki darçın çox olduqda, dərinizdə qızartılara səbəb  olacaqdır.

Quru dərilərə darçın maskası

Xüsusilə payız-qış aylarında quru dəridən əziyyət çəkənlərin köməyinə yenə darçın gələcək. 1 çay qaşığı darçın, 1 çay qaşığı bal və 1 çay qaşığı da limon qataraq hazırlayacağınız qarışımı dərinizə çəkərək, onun daha canlı və parlaq görünməsini təmin edə bilərsiniz.

 

Həcmli dodaqlar üçün darçın maskası

Heç bir plastik əməliyyata ehtiyac qalmadan, həcmli dodaqlar əldə edə bilərsiniz. Bunun üçün əvvəlcə dodaqlarınıza vazelin çəkin. Ardınca, dodaqlarınıza toz  halında darçın çəkərək, bir neçə dəqiqə gözləyin. Dodaqlarınızda yanma hiss olandan sonra, bir qat da vazelin çəkin. Beləliklə, daha həcmli dodaqlar əldə edəcəksiniz.

Qadinklubu.com

 

 

 

Buna da baxın

Artıq yağları əridən qarışım

Whatsapp ilə Paylaş Axşamlar aclıq hissi ilə mübarizə aparmaq, nəisə yemək hissini yox edə bilmək …