Əsas səhifə / Manşet / Darçınlı piroqun hazırlanması – Resept
Bizi mobildən daha sürətli  izləyin

Darçınlı piroqun hazırlanması – Resept

g

Ərzaqlar:

3 yumurta

1 stəkan şəkər tozu

3/4 stəkan qarğıdalı yağı

yarım stəkan süd

yarım kasa qoz ləpəsi

2,5 stəkan un

1 paket qabartma tozu

1 çay qaşığı darçın

Keks qəlibini yağlamaq üçün:

1 çay qaşığı kərə yağı

Yarım çay qaşığı un

Üzəri üçün:

3 xörək qaşığı kakao

1 xörək qaşığı darçın

Hazırlanması:

Yumurtayla şəkər tozunu çalın. Əvvəlcə qarğıdalı yağı və südü qatıb, sonra ələnmiş un, qabartma tozu və darçını əlavə edib qatılaşana qədər qarışdırın. Sonda bir az unlanmış qoz ləpələrini qatıb keksi yağlanmış qəlibə tökün.

Əvvəlcədən isidilmiş 170 dərəcə sobada 40-45 dəqiqə bişirin. Sobadan çıxaranda üstünə kakao ilə darçın səpin. // publika.az

Buna da baxın

Albalılı peçenye

Whatsapp ilə Paylaş Peçenye xəmiri üçün: 1/2 paket marqarin 1 stəkanı şəkər tozu 2 stəkan …