Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Desert və dondurmalar / Darçınlı qurudulmuş almanın hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Darçınlı qurudulmuş almanın hazırlanması

a1

Darçın və alma bir-birinə ən çox uyğun gələn iki qidadan biridir. Bunu qurudulmuş alma və üzərinə səpilmiş darçınla sınasanız əsla imtina etməyəcəksiniz

Qadınklubu.com sadə və ləzzətli darçınlı qurudulmuş almanın hazırlanmasını təqdim edir:

Darçınlı qurudulmuş alma üçün vəsaitlər:

2 ədəd böyük alma
Yarım limon suyu
2 çay qaşığı darçın

Hazırlanması:

Almalarınızı yaxşıca yuyub təmizləyin. Quruladıqdan sonra çox incə bir şəkildə dilimləyin. Sobanın qabına sərdiyiniz yağlı kağızın üzərinə incə- incə doğadığınız almaları düzün. Üzərinə mətbəx fırçası köməyi ilə limon suyunu çəkin. Ən son olaraq almaların üzərinə darçını hər tərəfini örtəcək şəkildə səpin.

Əvvəldən 100 dərəcə isidilmiş sobada bir saat bişirin.

Soyuduqdan sonra həm uşaqlarınıza həm də qonaqlarınza verə bilərsiniz.

Nuş olsun!

 

a2

Buna da baxın

Dəri ağardıcı maska

Whatsapp ilə Paylaş Tərkibi: 2 x/qaşığı yulaf 1 limon Hazırlanması və tətbiqi: Yulafı bir qədər …