Əsas səhifə / Manşet / Detox çayı
Bizi mobildən daha sürətli  izləyin

Detox çayı

 downloadTərkibi:
 2 x/ qaşığı yaşıl çay
 1 ədəd təzə sıxılmış limon suyu
 1 ç/qaşığı cövhər nanə çayı
 3 dənə mixək
 3 dənə qara bibər
 1 ədəd yaşıl alma
 1 ədəd qabıq darçın
 1 litr su
İstəyə görə əlavə edilə biləcəklər.
 5-6 kol cəfəri
 5-6 kol təzə nanə və ya 1 çimdik quru nanə
1 ədəd dilimlənmiş xiyar və ya 1 ədəd kivi
Hazırlanması:
1 litr isti suyun içinə kivi və almalar dilimlənərək əlavə olunur. 1 çay qaşığı nanə çayı, qara bibər,mixək, 1 ədəd təzə sıxılmış limonun suyu, 1 ədəd qabıq darçın və 2 x/qaşığı yaşıl çay əlavə edilir. Bu qarışıq 2- 3 dəqiqə qaynadılır və 5-10 dəqiqə dəmlənir. Az odda 1 saata qədər dəmlənməsi daha yaxşıdır. Çayı süzdükdən sonra gün ərzində istehlak edə bilərsiniz.
İstəsəniz çaya 5-6 kol cəfəri, 5-6 kol təzə nanə və ya 1 çimdik quru nanə də əlavə edərək yağ yanmadını sürətləndirə bilərsiniz.
Çayın tərkibindəki yaşıl çay və nanə çayı enerji verici xüsusiyyətə malik olduğundan çayın axşam istehlakı yuxunu qaçıra bilər. Bu səbəbdən axşam istehlak edilməməsi daha yaxşı olar.