Əsas səhifə / Manşet / Diet haqqında bilməli olduqlarınız…
Bizi mobildən daha sürətli  izləyin

Diet haqqında bilməli olduqlarınız…

s

1- Yumurta xolesterol baxımından zərərlidirmi?

Dietoloqları verdikləri məlumata görə, çox kalorili oduğuna görə yumurtanı menudan tamamilə çıxarmaq düzgün deyil. Yumurta, bədəniniz üçün lazımlı olan zülal, K vitamini, və.s maddələri təmin etmək üçün mükəmməl bir qaynaqdır. Aparılan araşdırmalar, yumurta sarısının tərkibində 213 mg xolestrol olduğunu nəzərə alaraq, həftədə 2 ədəd yumurta yeməyinizin qanda xolesterol səviyyəsi üzərində heç bir mənfi təsirinin olmayacağını göstərir.

2- Gündə neçə kalori almalıyam?

Əvvəlcə, balanslı bir qidalanma proqramı tətbiq edin. Belə ki, bədəninizdəki hər yarım kilo üçün 10 kalori almalısınız. Buna, gündəlik fəaliyyətinizə görə, 400-700 kalori daha əlavə etməlisiniz. Məsələn, 65 kiloda aktiv bir qadının gündəlik alması lazım olan kalori miqdarı 2000-dir. Əgər həftədə bir kilo vermək istəyirsə, gündəlik kalori miqdarından (2000) 500 kalori daha az qəbul etməsi kifayətdir. Əgər siz daha uzun müddətli bir həll istəyirsinizsə, onda diyet müddətində gündəlik kalori miqdarından 250 kalori azaldın və 250 kalorini isə idmanla yox edin.

3- Çəki vermək istəyərkən gündəlik lazım olan orta yağ miqdarı nə qədərdir?

Edilən araşdırmalar göstərir ki, diyet saxlayan və ya saxlamayan hər kəsin gündəlik aldığı kalori miqdarının yüzdə 15-i yağlardan ibarətdir. Bu miqdar; ürək çatışmazlığı, piylənmə və diyabet riskini minimuma endirmək üçün yetərlidir. Məsələn, 1500 kalorilik bir diyet saxlayırsınızsa, ala biləcəyiniz yağ miqdarı 50 qramla məhdudlaşır.

4- Karbonhidrat nə üçün idman üçün də böyük əhəmiyyət daşıyır?

Bədənimizdə qlikogen olaraq saxlanılan karbohidratlar, əzələ gücünü artırmaqda son dərəcə əhəmiyyətli rol oynayır. Ayrıca, həddindən artıq olmamaq şərti ilə, bədənimizdə toplanan yağlar da eyni təsiri göstərir. Əzələ inkişafında əhəmiyyətli rol oynayan glikogeni, lazımlı yağları bədəninizə qazandıra bilmək üçün, məşqdən sonra tərkibində karbonhidrat olan yeməklərdən yeyin. Məsələn, 90 dəqiqəlik bir məşq sonrası, bişmiş kartof, bir boşqab meyvə və ya kəpəkli kraker yaxşı bir seçimdir.

6- Yüksək təzyiq problemim yoxdursa, duza diqqət etmək vacibdirmi?

Duz, şəkər və un, üç zərərli ağ hesab edilir. Bu səbəbdən də, duz həmişə az istifadə olunmalıdır.

7- Qidalanma dəyəri baxımından bədən üçün ən faydalı 5 tərəvəz hansıdır?

İstər yaşıl olsun, istərsə qırmızı, istərsə də portağal rəngi və ya sarı, bütün tərəvəzlər möcüzəvi qidalandırıcı olaraq, bədənimizi xəstəliklərə qarşı müqavimətli hala gətirirlər. Mütəxəssilərin verdiyi məlumata görə, hər birinin ayrı faydaları olmaqla birlikdə, nizamlı olaraq istifadə edilərsə, bədənimiz üçün ən faydalı tərəvəzlər bunlar:

İspanaq, yaxşı bir fol turşusu qaynağıdır, xərçəngə qarşı qoruyucu təsiri var, A vitamini və kalsium ilə zəngindir;

Kök, mükəmməl bir A vitamini qaynağıdır;

Şirin kartof, A və C vitaminləri ilə zəngindir;

Brokoli, A və C vitaminləri ilə fol turşusu qaynağıdır;

Sarımsaq, xərçəngə qarşı təsirli minerallarla zəngindir.

8- Hansı yeməklər xolestrolu salar?

Lif baxımından zəngin tərəvəzlər, məsələn: yulaf, paxla kimi qidalar, xolesterolu salır. Bunlar, qandakı xolesterol miqdarını tarazlayıcı xüsusiyyətə malikdirlər. Xolestrolunuz yüksəkdirsə, aldığınız yağ miqdarını azaltmaq üçün meyvə və tərəvəz yeməlisiniz və qırmızı əti azaltmalısınız. Ayrıca süd və süd məhsullarından də yağsız olanları seçim etməlisiniz.

9- Gündə 8 stəkan su içmək niyə əhəmiyyətlidir?

Bədənimizdəki bütün kimyəvi reaksiyaların hamısının suya ehtiyacı var. Su həzmdə, maddələr mübadiləsinin tənzimlənməsində, bədən istiliyinin nizamlanmasında, qan təzyiqində bir başa təsirlidir.

10- Aclıq hiss etdiyimdə nə etməliyəm?

Aclıq hissini tamamilə yox etmək mümkün deyil. Lakin özünüzə ən zərərsiz şəkildə öhdəsindən gələ bilərsiniz. Bunun üçün, dietoloqların məsləhət bildiyi strategiyalardan istifadə edə bilərsiniz. İstədiyiniz yeməkdən kiçik miqdarda yeyərək aclığınızı aradan qaldırmağa çalışın. Sevdiyiniz yeməklərin bənzər pəhriz versiyalarından istifadə edin. Hələ də aclığınızın önünə keçə bilmədinizsə, dostlarınızla birlikdə olmağı və aclığınızı əylənərək unutmağa çalışın.

11- Şəkər kökəldirmi?

Dietoloqların verdikləri məlumata görə, texniki olaraq yağla zəngin olmadığından, xeyr. Şəkər, saf karbonhidratdan ibarətdir və biz bu ehtiyacımızı eyni şəkildə çörəkdən, meyvələrdən də ala bilərik. Amma, təbii ki şəkər kalorilidir. Bəzi şəkərli qidaların, məsələn: peçenyelər və krakerlər, eyni zamanda yağ ilə də zəngindirlər. O halda, çox şəkərli qida istifadə etmək, qısa müddətdə artıq yağ olaraq bədəninizdə yerini alacaq.

12- Ən sağlam yağ hansıdır?

Zeytun yağı ən sağlam olandır. Döş xərçəngi riskini azaldır və xolesterol üzərində pis təsirləri yoxdur. Marqarin və kərə yağı kimi doymuş yağlar damar tıxanmalarına səbəb olur və beləcə yüksək təzyiq və ürək çatışmazlığı riskini artırır. Mütəxəssislərin verdikləri məlumata görə, yumşaq doymamış marqarin pəhriz edərkən ən uyğun seçim. Əgər kərə yağı istifadə etmək istəyirsinizsə, zeytun yağı ilə birlikdə istifadə etməyinizdə fayda var.

13- Maddələr mübadiləsini xüsusilə gücləndirən qidalar varmı?

Dietoloqların bu suala cavabı, xeyr. Deyilənlərin əksinə, təbii bal və qreypfrutun belə bir təsiri yoxdur. Bəzi ədviyyatlı yeməklərin maddələr mübadiləsini sürətləndirdiyi doğru olsa da, bunun bədən üzərindəki təsirləri olduqca zəifdir. Əgər maddələr mübadilənizi gücləndirmək istəyirsinizsə, ağırlıq qaldırma məşqləri sizin üçün çox faydalı olacaq. Əzələlərinizi məcbur qaldırdığınız hər yarım kilo üçün gündə 35 kalori yandıra bilərsiniz.

14- Çox az yağ yemək mümkündürmü?

Eynilə bir maşın kimi, bədənimizin də hərəkət etmək üçün yağa ehtiyacı vardır. Xüsusi olaraq yağ turşuları, hüceyrə yenilənməsi önəmlidir. Ət, balıq, qoz-fındıq kimi qidalardan aldığımız yağlar, eyni zamanda hormonları tənzimləyici və sinir sistemini gücləndirici təsirlərə malikdir. Hər nə qədər çox mütəxəssis gündəlik kalori miqdarının yüzdə 15-nin yağdan ibarət olmalı olduğu fikirini təsdiqləsə də, aparılan son araşdırmalar, yüzdə 10-nun da kafi olduğunu göstərir.

15- Aclıq hiss etdiyim zaman niyə əsəbi bir insan oluram?

Pis gününüzdə olsanız belə, dözülməz olmanızın səbəbi, fizioloji olaraq aclığınızdan irəli gəlir. Dietoloqların verdikləri məlumata görə, bədəndəki qan şəkəri düşür, avtomatik olaraq qanınızdakı adrenalin və daha bir neçə hormonun funksiyası də azalır və bunun nəticəsində əsəbilik, qan təzyiqinizin artmasıyla əlaqədar olaraq gərginlik görülə bilər. Əgər tez-tez az miqdarda yemək yeməyə vaxt ayıra bilmirsinizsə, yanınızda bir meyvə və ya kraker saxlamağınızda fayda var.

16- Heç bir şey yeməyib arıqlamaq təhlükəlidirmi?

Bu kimi cəhdlər son dərəcə təhlükəli nəticələr doğura bilər. Bədəniniz iki gündən çox ac qaldığında, karbohidrat və zülal kimi ən təməl ehtiyaclarını əzələlərdən qarşılamağa başlayacaq. Ayrıca böyük su itkisinə da rast gəlinir. Bunun nəticəsində, baş ağrısı, baş gicəllənməsi kimi mənfi əlamətlər görülə bilər. Ac qalınan müddət artdıqca, meydana gələcək təhlükələr də daha ciddi ölçülər qazanacaq.

17- Ədviyyatlı yeməklər xora əmələ gətirirmi?

Aparılan araşdırmalar, peptik xoranın əsl səbəbinin mədəyə yerləşən bir bakteriya olduğunu göstərir. Hal-hazırda xora müalicəsində pəhriz yanında bu bakteriyanı təsirsiz hala gətirən dərmanlar da istifadə edilir.

18- Manqalda bişən qidaların xərçəngə yol açdığı doğrudurmu?

Dietoloqların verdiyi məlumata görə, birbaşa olaraq xeyr; amma xərçəng riskini artırdığı doğrudur. Ətləri manqaldan əvvəl basdırma etməyin bu təhlükəni azaltdığını göstərir. Digər bir sağlam üsul da ətləri əvvəl mikro dalğalı sobada bişirib, ən son manqalda çevirərək bişirməkdir.

19- Gecə yatmadan əvvəl nəisə yemək zərərlidirmi?

Gecə yarısı yediklərinizin həzmi çətinləşir. Dietoloqlar, yatmadan əvvəl nəisə yemək istəyirsinizsə, meyvə və ya bir kasa qatıq yeməyinizi, ya da bir stəkan süd içməyinizi təklif edir.

Buna da baxın

Südü saçınıza çəksəniz…

Whatsapp ilə Paylaş Südün bədənimizə faydaları saymaqla bitməz. Qadınklubu.com bu dəfə südün saça olan faydalarını …