Əsas səhifə / Əsas menu / Pəhriz / Dik oturun, dik gəzin, arıqlayın
Bizi mobildən daha sürətli  izləyin

Dik oturun, dik gəzin, arıqlayın

20150819064905-46921-6_31440158214

Dik oturun, dik gəzin, arıqlayın

Qarın nahiyəsində  olan piylənmə həm qadınların həm də kişilərin tez-tez qarşılaşdığı problemdir.
Bel və qarın nahiyəsindəki əzələlər 30 yaşdan sonra yerini piylənməyə verir. Əgər heç bir tədbir görülməzsə, 40-45 yaşa gəlib çatdığımız zaman bu piylərin böyük əksəriyyəti beldə toplanaraq qarın və bel nahiyəsində piy halqası yaradır.

Qadınlarda estrogen, kişilərdə testosteron hormonları bədəndəki yağ miqdarını qollar və aşağı ətraflar arasında bərabər bölür. Yaş ötdükcə hormonlar əvvəlki kimi işləmir, bu səbəbdən də qalın yağ qatları bel və qarın nahiyəsində yığılmağa başlayır.
Qarın piylərindən şikayət edən üçün həm bel nahiyəsini incəldən, həm də qarın yağlarını əridən üsulu sizinlə paylaşırıq:

Yuxarıda sadaladığımız bütün bu halların baş verməməsi və sağlam bədən qurluşuna malik olmaq üçün 5 qidadan uzaq durmalı olacaqsınız:

Yemək adətinizi dəyişdirməli, şəkər, peçenye, biskivitlər, tortlar, kola və kartof çipsisindən mümkün qədər uzaq durmaq lazımdır. Qızardılmış qidaları ayda bir dəfə yeyin. Quru paxla yeməklərinə üstünlük verin.

Nələri yemək lazımdır:

Lobya, mərci, gilas, çiyələk və albalı ən çox tövsiyyə edilən qidalardır. Bunlardan gün ərzində 20-30 qram yemək lazımdır. Bundan başqa bol-bol su için. Çox su içmək tövsiyyə edilən ən yararlı məsləhətdir. Su mədənizdə doyma hissini yaradır və daha az yeməyinizi təmin edir. Spirtli içkilərdən uzaq durun. Likör və pivə, yağların qarın nahiyəsində toplanmasına səbəb olan içkilərdir.

Kalsium möhkəmlənməsini təmin edin

Vitaminlər qəbul etmək çox mühümdür, xüsusilə də kalsium. Kalsium sümüklərinizi qoruyur və osteoporozun yaranmasının qarşısını alır. Həkim məsləhəti ilə hansı miqdarda kalsium qəbul etməli olduğunuzu öyrənin.

Dərman yox idman!

Ümumiyyətlə, qarın yağlarını əritmək üçün arıqlama dərmanlarından istifadə etməniz isə məsləhət deyil. Bel nahiyənizi incəltmək üçün idman şərtdir. Ən yaxşı idman növləri kinq boks, üzgüçülük və tenisdir. Bununla yanaşı, aerobik idmanlar da qarın ətrafındakı yağları əridir.

Dik gəzin, dik oturun

Bədəninizin duruş şəklinə nəzər yetirin. Dik gəzməyə və oturmağa çalışın. Qarını içəri çəkib buraxmaq da faydalıdır.

Formalaşdırıcı geyimlər geyinin

Bədəninizə forma verəcək geyimlər geyinməyiniz məsləhətdir. Xüsusilə, bel və ətraflar üçün nəzərdə tutulan, manjetli geyimlər məsləhətdir. Ancaq bədən ölçünüzə uyğun olması mütləqdir. Əks təqdirdə, faydasını yox, zərərinin görərsiniz.

Buna da baxın

Xiyar suyu ilə qarın nahiyəsindəki yağları 5 gündə əridin

Whatsapp ilə Paylaş Xiyar suyu ilə qarın nahiyəsindəki yağları 5 gündə əridin. Qadınklubu.com bu möcüzəvi …