Əsas səhifə / Əsas menu / Sağlamlıq / Diqqət! Bu göstəricilər xəstəlik xəbərçisi ola bilər!
Bizi mobildən daha sürətli  izləyin

Diqqət! Bu göstəricilər xəstəlik xəbərçisi ola bilər!

sed

Solğun və quru dəri, uçuqlayan dodaqlar, qırılan dırnaqlar…. Diqqət edin, bu kimi göstəricilər xəstəlik xəbərçisi ola bilər!

Bəzi xəstəliklərin siqnalı dəridən gəlir. Buna görə də dərinizdə yaranan ən cüzi dəyişikliyə qarşı biganə olmayın.

Dəri nə üçün topa-topa qabıqlayır?

Dəriniz həddindən çox quruluq səbəbindən topa-topa qabıqlayırsa, A vitamini çatışmazlığı buna səbəb ola bilər. Çünki A vitamini kifayət qədər qəbul edilmədikdə dəridə quruluq yaranır. Buna görə də A vitamini tərkibli qidalar, sink, E vitamini və Omega-3 yağ turşusu ilə dərinizi nəmləndirin. Siqaret çəkməkdən də uzaq durmalısınız. Qışda gündə ən azı 2 litr su içməlisiniz.

Cildinizin solğun görünməsindən də xilas olun

Dəmir çatışmazlığı və qansızlıq dərinizin solğun görünməsi səbəblərindən biridir. Buna görə də bu narahatlıqlara qarşı tədbir görməyiniz məsləhətdir. Balanslı formada beta karoten tərkibli portağal, qarpız, pomidor kimi qidalar yeməyiniz dərinizin daha sağlam, canlı və rəngli görünməsinə kömək olar.

Dodaqlarda uçuqların yaranmasına səbəb nədir?

Çox güman ki, immunitet sisteminiz zəifdir, ya da B vitamini çatışmazlığı var. Düzgün qidalanmamaq dəmir çatışmazlığı və D vitamini əskikliyi immunitetin azalmasına səbəb ola bilər. Dodaqlarda uçuqlar əsasən stress və psixoloji pozğunluq səbəbindən yaranır. Nəticədə stress, kədər, həyəcan, qorxu immunitet sistemini pozur. Bu isə dərinizə təsir edir. Ona görə də stresdən uzaq olun.

Dırnaqlarınızın qırılması xəstəlik xəbərçisi ola bilər

Müxtəlif xəstəliklər dırnaq qırılmalarına səbəb ola bilər. Əsasən mineral çatışmazlığı dırnaqlarda soyulma, qırılma kimi problemlərin yaranmasına gətirib çıxarır. Bədənin sağlam dırnaqlar üçün kalsium, magnesium, D vitamini və sink ehtiyacı var. Tünd yaşıl rəngli tərəvəzlər, süd məhsulları, qoz-fındıqlarla bu ehtiyacı ödəyə bilərsiniz. Gözəl, göz oxşayan dırnaqlar üçün günəş işığı və zeytun yağı qəbul etmək də önəmlidir.

Buna da baxın

Bu xəstəlik qadınları sevir!

Whatsapp ilə Paylaş Hər yerim ağrıyır, yuxum qaydasında deyil, səhərlər yorqun oyanıram, heç cür dincələ …