Əsas səhifə / Manşet / Diqqət! Süni kənd yumurtaları
Bizi mobildən daha sürətli  izləyin

Diqqət! Süni kənd yumurtaları

Diqqət! Süni kənd yumurtaları

Yumurta gündəlik menuda ən çox istifadə edilən qidalar arasındadır. Səhər , nahar yeməklərində və.s yumurtadan istifadə edilir. Zülallla zəngin olan yumurta xeyirli olması ilə yanaşı olduqca da dadlıdır. Adətən marketlərdə kənd yumurtasının seçilməsinə xüsusi önəm veririk. Bununla sağlamlıq baxımından ailəmiz üçün ən xeyirlisini seçdiyimizə inanırıq. Amma bəzən bu yumurtaların sarısı biz istədiyimiz kimi, kənd yumurtasına bənzəsə də süni ola bilir. Qadınklubu.com suni yumurtalar ilə bağlı həkimlərin araşdırmasını sizlərlə də paylaşır.

Türkiyəli həkim Yavuz Dizdar sağlamlıq üçün olduqca təhlükəli olan bir araşdırmanın nəticələrini açıqlamışdır. Həkimin sözlərinə görə, toyuq yumurtaları da artıq sağlamlıq baxımından təhlükəlidir. Çünki, artıq quşçuluq fermalarında dərmanlar vasitəsilə genlərinin dəyişdirilərək, hormonal dəyişikliyə uğramış toyuqları satışa buraxdıqdan sonra, indi də növbə toyuqların yumurtalarında dəyişikliklərin aparılmasına gəlmişdir. Toyuq ətlərinin qidalanmaq üçün təhlükəli olması, xərçəngə səbəb olacaq hormonların daşıyıcısı olması ilə bağlı açıqlamalardan sonra, toyuq ətinin satışında qeydə alınan azalma, sahibkarları artıq yumurtaların tərkibinin dəyişdirilməsi ilə məşğul olmağa sövq etmişdir. Həmin genləri dəyişdirilmiş toyuqlara təlabat azaldıqca sahibkarlar sözügedən toyuq ətlərini xəstəxanalara, dönərxanalara, restoranlara, bir sözlə kütləvi qida istehsal edən müəssələrə verirlər. Həkim Yavuz Yılmazın dediyinə görə toyuq yumurtasının sarısını süni yolla kənd toyuğu yumurtası rənginə çevirmək mümkündür. İstədikləri rəngə uyğun kimyəvi maddəni toyuqun yeminə qatmaqla istədikləri nəticənin əldə olunmasına müvəffəq olurlar. Maraqlısı da odur ki, bu dərmanları məhz elə xərçəng əleyhinə dərman hazırlayan firma istehsal edir. Bütün bu araşdırmaları nəzərə alaraq, yekunda həkim alıcıları yumurtaları almamışdan əvvəl yaxşı araşdırmalarını və sarısının rənginin tünd olması ilə kənd yumurtası olduğuna inanmamaqları üçün xəbərdarlıq etdi.

Buna da baxın

Yumurta qaynatdığınız suyun inanılmaz faydaları

Whatsapp ilə Paylaş Yumurta qaynatdığınız suyun faydası: Qaynadılmış yumurtanın sağlamlığımız üçün olduqca faydalı olduğunu onsuz …