Əsas səhifə / Əsas menu / Gözəllik / Dırnaq baxımının təməl qaydaları
Bizi mobildən daha sürətli  izləyin

Dırnaq baxımının təməl qaydaları

dirnaq-boyasi

Dırnaq xəstəlikləri, ümumiyyətlə, manikür, ya da pedikür üçün istifadə edilən alətlərin kifayət qədər gigiyenik olmaması, əllərin təmiz saxlanmamasından qaynaqlanır. Buna görə də dırnaq baxımınız üçün təmizliyinə əmin olduğunuz yerlərə üz tutun. Qab-qacaq yuyarkən əllərinizə mütləq əlcək taxın ki, yuyucu maddələrin zərərli təsirlərindən qoruna bilərsiniz.

  • Qırılan dırnaqlarınızı gücləndirmək, saralmış rəngini açmaq üçün şüşə qaba bərabər miqdarda limon suyu və qliserin töküb qarışdırın və yatmazdan əvvəl dırnaqlarınıza vurun.

-Dırnaq boyası dırnaqların sağlamlığı üçün lazım olan kosmetik vasitədir. Keyfiyyətsiz laklar dırnaqların rənginin solmasına, qırılmasına və kövrəlməsinə səbəb olur. Ona görə də keyfiyyətli dırnaq boyalarından istifadə edin.

-İstifadə etdiyiniz dırnaq boyası tez quruyursa, dırnağın ucundan əriyib getmirsə, demək, keyfiyyətlidir. Köhnəlmiş və qurumuş dırnaq boyaları dırnaqlarınıza zərər verə bilər. Bu səbəbdən, istifadə müddəti bitmiş lak vurmayın.

-Tünd rəngli dırnaq boyaları dırnaq rənginin saralmasına səbəb ola bilər. Dırnaq boyasını  dırnağınızdan aseton hopturulmuş pambıqla təmizləyə bilərsiniz.

 

Qadinklubu.com

Buna da baxın

Dırnaqların “şellakdan” sonra – Bərpası

Whatsapp ilə Paylaş Artıq uzun zamandır bir çoxlarının üstünlük verdiyi gel-lakların, dırnaqlara mənfi təsir etdiyini …