Əsas səhifə / Əsas menu / Sağlamlıq / Dırnaq göbələyindən belə xilas olun
Bizi mobildən daha sürətli  izləyin

Dırnaq göbələyindən belə xilas olun

 

1414141504_qalin

Dırnaqdakı göbələk infeksiyası özbaşına sağalmır. Dırnaq göbələyi yoluxucudur. Göbələk infeksiyasının başqasına keçməsinin qarşısını almaq üçün çox diqqətli olmaq lazımdır. Məsələn, manikür dəstindən, ayaqqabıdan, üzmə hovuzundan, hətta duş kabinəsindən belə başqa adamın istifadə etməsi doğru deyil.

Dırnaq göbələyinin əlamətləri nələrdir?

Dırnaqlarınızda göbələk infeksiyası varsa, bunu pis ayaq qoxusundan anlaya bilərsiniz. Bundan başqa, dırnaqlarda sarı-yaşıl və ya qəhvəyi rənglərə rast gəlinərsə, dırnaq altında çirk yığılarsa, bu, dırnaq göbələyinin əlamətidir.

Dırnaq göbələyinə məlhəm

zeytun yağı – 50 qr

zeytun yarpağı – 50 qr

sarımsaq yağı – 15 qr

qaraçörəkotu yağı – 15 qr

sarı kantoron yağı – 10 qr

dəniz duzu – 2x.q

3 litr isti suda zeytun yarpağı dəmlənilir. Suyun içinə dəniz duzu əlavə edilir, ayaqlar bu suyun içində 30 dəqiqə saxlanılır. Ayaqlar sudan çıxarılır, yaxşıca qurudulur və qıraqda qalan yağlar bir-birinə qarışdırılır, qulaq pambığı ilə göbələklərə sürtülür. 2 saat saxlanılır və yuyulub qurudulur//atv.az

Buna da baxın

Göbələk şorbası

Whatsapp ilə PaylaşTərkibi 8-9 ədəd göbələk 1 ədəd kiçik soğan 1 su stəkanı süd 1 …